Gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə öz təqsirsizliklərini sübut edəcəklər
Bu il aprelin 29-da Güney Azərbaycana Poeziya festivalına getmiş və mayın 2-də Təbrizdə saxlanılmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi avqustun 7-ə təyin olunub.
Respublikamızın Təbriz Baş konsulluğuna verilən bilgiyə (şairlərin sözlərinə) görə, onlar İrana icazəsiz gəlməkdə ittiham olunurlar.
Qeyd edək ki, gənc şairlərin həbsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi İrana 5 dəfə nota verib və yalnız uzun danışıqlardan sonra iyulun sonlarında şairlərin valideyinləri və Azərbaycan diplomatlarına onlarla görüş üçün şərait yaradılmışdır.