Ana səhifə YAZILAR Arif Buzovnalı – bir səs, bir zarafat, bir xatirə

Arif Buzovnalı – bir səs, bir zarafat, bir xatirə

Müəllif: Bizim Yazı
157 baxış

Arif Buzovnalı – bir səs, bir zarafat, bir xatirə

Arif müəllimi illər əvvəl çox maraqlı və unudulmaz bir şəkildə tanıdım. 18 yaşım vardı. Bir qohumun toyuna onu dəvət etmək lazım idi, amma səbəblər elə gətirdi ki, bu məsuliyyət mənə düşdü. Öz kimliyimi gizlədib, ev yiyəsinin adından danışdım. Danışıq oldu, toy baş tutdu.

Toy zamanı bəzi çıxışları videoya çəkirdim. Günlər sonra zəng gəldi: “Mənim haqqımda veriliş hazırlanır. Toyda bir xanım mənim çıxışımı çəkirdi, zəhmət olmasa deyin, görüntüləri mənə göndərsin.” Bir anlıq tutulub qaldım. Məcbur qalıb, etiraf etdim ki, “o xanım” əslində mən idim. Məsələni danışdım, birlikdə güldük. Elə o gündən sonra salam-əleyk yarandı, xoş zarafatlarımız başladı.

İllər keçdi… Mənim toyumda da artıq yaxın bir insan, əziz bir qonaq kimi iştirak etdi. Onun səmimiyyəti, sadəliyi və gülərüzlülüyü yaddaşımda silinməz iz buraxdı.

Bu gün isə ağır xəbər aldıq. Arif Buzovnalı artıq aramızda deyil. Onun səsi, zarafatı və insanlığı daim ürəklərdə yaşayacaq.

Ruhu şad, məkanı cənnət olsun.

Fərqanə Qafarova

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.