Ədalət Əsgəroğlu vəfat edib
Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin başçısı, şair Ədalət Əsgəroğlu dünən gecə vəfat edib.
Şairin dostu Sayman Aruzun verdiyi xəbərə görə Ədalət Əsgəroğlu insult keçirib. Onu şəfa evinə yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Ə. Əsgəroğlunun dəfni bu gün (01.10.2013) saat 14.00-da Xırdalan qəbiristanlığında həyata keçiriləcək.
Şairin ailə üzvlərinə, yaxınlarına, qələm dostlarına başsağlığı veririk! Məkanı ucmaq (cənnət) olsun!
***
Qeyd edək ki, Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda doğulub.
“Yaz ilə gələn sevda” (1989), “Göyçaydan başlayan ömür yolu” (1999), “Mən sənə aşiqəm, dünya!” (1997), “Özüm qürbətdə, gözüm vətəndə” (2000), “Sabahını itirməyən adamlar” (2003), “Məmləkətim – canım mənim…” (2005), “Dərdimizin qan rəngi (2009) adlı kitabları işıq üzü görüb.
Şeir və poemaları bir sıra xarici dillərə çevrilərək, dərc edilib.
Ailəli idi, iki övladı var.