Ana səhifə TÜRK DÜNYASI Türkcə, artıq (yenidən!) bir “Dünya dili” olma yolundadır

Türkcə, artıq (yenidən!) bir “Dünya dili” olma yolundadır

Müəllif: Bizim Yazı
1. 243 baxış

Dos.Dr. Pərvanə MƏMMƏDLİ

Payızın  son ayında Ankarada Türkdilli  Ölkələrin Dil Qurultayı keçirildi. Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Türk Dil və Qurumunun başçılığı  ilə keçirilən Dil Qurultayına dünyanıPMn 4 qitəsindəki 40  fərqli  ölkədən 320 araşdırmaçı qatılmışdı. İsmayıl  bəy Kaspıralının “Dildə, işdə,fikirdə birlik” devizi  altında keçirilən qurultayda  Türkcə danışan ölkələrin çağdaş dövrdəki  problemlərinin həlli, Türkcənin yaşı, ortaq ünsiyyət dili, əlifba məsələsi, fərqli ölkələrdə Türkcə təhsil, Türkcənin digər dillərlə əlaqələri, tarixi və müasir Türk yazı dillərinə dair konular  başda olmaq üzrə çeşidli  mövzular hədəfə alınmışdı.
Qurultayın panel müzakirə və dinləmələri simvolik adlandırılan  Bilgə Xaqan, Qaşqarlı Mahmud, Əlişir  Nəvai, Kaspıralı İsmayıl, Bəxtiyar Vahabzadə və Əhməd Baytursunoğlu kimi 6 fərqli salonda keçirilirdi. Rusiyada yaşayan Altay, Hakas, Saka , Kazan, Başqırd türkləri,Türkmənistan,Yaponiya, Rusiya, İran, Bosniya-Hersoqovinya, Bolqarıstan, Krım, Monqolustan, Kosovo, və digər türk dilli xalqalrın yaşadığı ölkələrin bilik adamları bu gün türk dilində danışan ölkələrin qarşısına çıxan bir sıra sıra dil, ədəbiyyat, əlifba, tarix məsələlərinə dair problemləri müzakirəyə çıxardılar. Qurultayda Azərbaycan Milli Elmlər Akademiyasınnın Dil və Ədəbiyyat, eləcədə də Tarix İnstitutunu, BDU-nu  təmsil edən 20-dən artıq professor və alimimiz iştirak edirdi.
Türk dilinin uzman biliciləri və araşdırmaçıları tarixən qurulan mədəniyyətin yenidən canlanması üçün işbirliyinin artırılması, Türk dünyasının ortaq tarix və Türkçülük şüuru ilə yola çıxması, gələcəkdə bu yöndə qərarlaşması üçün belə böyük miqyaslı qurultayın önəmindən isə tanınmış türkoloqlar  Həsən Cəlal Gözəl, Şükrü  Haluk Akalın, Mustafa  Kaçalin,Osman Fikri Sərtkaya, Bilgəhan Atsız Gökdağ, Fikrət  Türkmən, Karjaubay Sərtkojaoğlu, Firudin  Ağasıoğlu, Timur Kocaoğlu, İqor Kormuşin, Tursunjan İmin, Melek Özyetgin kimi elm xadimləri Qurultayda Qazaxıstanın latın əlifbasına keçməsi məslələri, bu hadisənin regionda və dünyada doğurduğu əks səda , Beynəlxalq Türk Akademiyasının Ortaq türk dili və ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlarlardan danışdılar.Qurultayda  eyni zamanda, Rusiyada türk dilinin yad dil kimi qorunub saxlanması, İraqda türk dilinin bugünkü vəziyyəti, Özbəkistanda əlifba və imla problemləri, latın qrafikasının bu günü, İranda türk dilinin qorunması və bir çox dövlətlərdəki türk əlifbası məsələsində qarşıya çıxan problemlərindənbəhs  edildi . Müzakirələrdə ukrayna, belorus, rus, ingilis dillərində formalaşıb oturan türk sözlərinin işlənməsi, dünya dilləri içərisində türkcə və XXI yüzildə Avropada türk dilinin yayılması kimi maraqlı mövzular ətrafında alimlər fikir mübadiləsi etdilər.
“Dünya, yeni bir tarazlığa çata bilər. İştə o zaman, Türkiyə, nə edəcəyini bilməlidir. Bizim, bu dostluğumuzun idarəsində, dili bir, inancı bir, özü bir qardaşlarımız vardır. Onlara, sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq, tək susub o günü gözləmək deyil. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanarlar; mənəvi körpülərini möhkəm tutaraq. Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür. Köklərimizə enməli və hadisələrin böldüyü tariximizin içindən inteqrasiya olunmalıyıq. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmamız lazımlıdır.
84 il əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürkün söylədiyi bu sözlər yalnız  bir arzu və dilək olaraq qalmadı, reallaşması üçün güclü addımlar atıldı. Belə ki, 1924- cü ildə İstanbul Universitetində Türkiyyat İnstitutu quruldu, 1931-ci il də Türk Tarix Qurumu, 1932-ci də Türk Dil Qurumu bu məqsədlərə yönəlmiş elmi mərkəzlərdəndir.
Xatırladaq  ki, Türk  xalqlarının ilk  Qurultayı  1926-cı ildə Azərbaycanda,Bakıda keçirilmişdir.
Ötən əsrin 90 –cı Illərdə bütün Türk Respublikalarının müstəqilliyinə qovuşub, keçmişdə yaşadıqları  bir çox çətinliklərdən qurtuldular.T arixin müəyyən dövrlərində istifadə olunan Ortaq türkcəni Türkün böyük coğrafiyasında yaymaq məsələsi gündəmə çıxdı. Bu gün qloballaşan dünyada siyasi, iqtisadi, mədəni əlaqələri yüksək  səviyyədə qurmaq üçün Türk dilli xalqarın ortaq bir ünsiyyət və elm dilinə ehtiyacı var  və Türkiyədə bunun üçün mərhələlərlə hansı  işlərin  görüldüyünə nəzər  salaq.
1992–ci ilin oktyabrında Ankarada keçirilən “Türk Dövlət və Hökumət Başçıları Zirvəsi” də Türk dünyasının problemləri və həll yollarını çözələmək amacı ilə qurultay keçirmək  zərurətini da ortaya qoydu.
1992-ci  ildən günümüzə qədər keçən müddətdə Türkiyədə bir neçə qurultay düzənlənmiş və Türk dünyasının problemləri və həll yolları bəhs mövzusu olmuşdu. TİKA, Yunus Əmrə İnstitutu, TRT Türk və TRT Avaz kanalları  və bu kimi Türk dünyasına dönük təşkilati strukturların yaradılması bu qurultaylarda dilə gətirilib yaradılmışdır. Bu şəkildə ortaya çıxan qurumlar Türk dilində danışan ölkələr arasında eyni zamanda dil, ədəbiyyat, tarix, sənət, ünsiyyət, təhsil, mədəniyyət kimi sahələrdə əməkdaşlıq sahələrinin inkişafını təmin edən çox faydalı işlər görmüşdür.
Qazaxstanın Əl-Fərabi  universitetinin  professor A.B Salkynbay məruzəsində qazaxların latın əlifbasına keçməsini Türk dünyasında ortaq  məqsədlərə çatmaq yollarından biri olduğunu vurğulayıb  xalqının XX əsrdə yazı şəklini(əlifbasını)siyasi səbəblərdən  dörd dəfə dəyişidiyini,bununla alnının dağa- daşa  çarpdırdığını söylədi.O əlifbaya  və  yazıya  yüksək  dəyər  verib bunu  xüsusi  qeyd  etdi  ki, yazı olduğu yerdə bir tarix vardır, onun məlumatı sistemli, düşüncəsi möhkəm, elmi tutumlu və mənəvi sərvəti isə yığcam topludur.A.Salkunbay fikrini bir  az  da aşıqlayaraq sonucda fikrini belə  tamamladı:
“Elmin varlığı doğrudan yazıyla əlaqədardır, bu səbəblə danışma və yazı əlaqəsinin təyin edicisi də, ortaq bir nemətlərə çevrilmə formasının başlıca və ana göstəricisi də yazıdır. Ölkənin və xalqın tarixi bərabərləşdirildiyi zaman, mənəvi mədəniyyətin dəyəri təsbitləndiyi zaman, yazının gücü artacaq. Yazıyla işarələnilərək bəlirlənməyən tarixi, “Atalarımızdan qalan mirasdır deyə,” varisinizi necə inandıracaqsınız? Hər hansı bir şəkildə olmasın, yazıyla yazılan bir tarix, ölkənizin bölünməmiş mirasının payını qorumanın təməl zəmanətidir. Yazısız bir tarix bir çox iddialara,davalara gətirib çıxarar və ölkənin keçmişini təqib edə bilmədən, gələcəyə olan ümidinin zəiflədəcəyi qətidir.
Günümüzdə  Türk  dünyasının sorunları haqda  edilən məruzələrərdən,çıxışlardan  eləcə  də foyedə fasilə  zamanı edilən söhbətlərdən düşündürücü  məqamlar  az   deyildi. 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Rusiyanın Su-24 təyyarəsinin vurulması olayından 2 il keçməsinə  və iki  ölkə arasında münasibətlərin yaxşılaşmasına baxmayaraq, hələ  də Rusiya elm və təhsil müəssələrində Türkiyə ilə bağlı elmi mübadiləyə maneələr aradan götürülməyib.  Bundan da  daha  çox bu qurumlarda çalışan azsaylı türk dilli ziyalılar əziyyət çəkir.
Çindəki  uyğur  türkləri müsəlman  olduqlarına  görə qətliama məruz  qalırlar.
İranda  yaşayan Türklərin  durumu  da  ürək açan deyil. Ölkə əhalisinin az  qala yarıdan çoxunu təşkil  edən türklərin uzunillərdir  ki, türk dilində məktəbi yoxdur.Bu  dildə kitab,qəzet  dərgi çap olunmur,çap olunanlar şəxsi  təşəbbüslə olub  baskı altında  olur. Onu  da  qeyd  edim ki,Qurultaya “İranda  türk dili  tarixi  və ləhcələri” məruzəsi ilə qatılmışdım.( Mənim eləcə də Tohid  Məlikzadənin çıxışı bir fars millətçisimi  deyim və ya kəşfiyyatçısımı olan birisinin  “diqqətini”  çəkdiyindən mövzuya aid olmayan qərəzli suallar yağdırdı.Təbiiki,verdiyi  sualın cavabından çox,öz  provakasiya-niyyətlərinin baş tutacağını işləyirdi.Onu  tək  biz  yox,ünlü  Türkiyəli  türkoloqumuz prof.  A.Akpinar da  susdura  bildi.Sonra  məlum oldu ki,  belə provakasiya  bizdən əvvəlki çıxışlarda ünlü  bir  türkoloqumuza da qarşı  olub)
Bolqar türkləri ötən əsrin 40- cı illərinə qədər 4-cü  sinifə qədər  ana  dilində təhsil almaq  hüquqları vardı. 1946-cı ildə Bolqarıstandakı türkcə  təhsil verən məktəblər  olduğu  halda, sonrakı  illərdə Türkcə tamamilə qadağan edilməklə yanaşı, oradakı Türklərin varlığı zorla yox edilmiş edilmiş və bu insanların Türkcə olan adları, xristian adları ilə dəyişdirilmişdir.” Burada məqsəd assimilyasiyamı yoxsa Türkləri alçaltmaq yoluyla tarixdən intiqam almaqdır? “  Sual  dilemması Çanaqqaladan qurultaya  qatılmış universitet öyrəncisi  Demet Yenerin özetində qoyulmuşdu. Yeri  gəlmişkən,  Dil Qurultayına  elm adamları  ilə  yanaşı bir neçə blogger və  universitet öyrəncisi  də  qatılmışdı.
Diğər dillər kimi, Türk dilinin də yüksəliş və çöküş dönəmləri olub.  Əsrlər boyu Türk dili tək bir qol halında olub, Çindən  tutmuş Xəzər dənizinə qədər bütün dünyadakı türklərin danışdığı dil olub. Orta əsrlərdə ağızlara bölünmüş olsa da ancaq iyirminci əsrdə müstəqil dillərə ayrılaraq fərqlilikləri meydana gəlmişdir. Böyük coğrafiyada yaşayan, bügün Orhun abidələrinin dili kimi qəbul etdiyimiz tək ədəbi dili, ortaq danışıq dilimiz olub. Uzun illər  Monqolustanda  daş kitabələri araşdıran  prof. Osman Fikri Sərtkaya, ən qədim Türkcə sözün 3035 yaşındakı “kıngıra”’ olduğunu sübut edib. Hun Türkcəsindən günümüzə qədər gələn bu söz, Türkcənin yaşını 30 əsr geriyə aparır.
Yeni  Türkiyə Strateji  Araşdırmalar  Mərkəzinin başqanı Dr. Həsən Cəlal Gözəl “Ən  qədim ,ən zəngin və ən ahəngli  dil türkcə “başlıqlı məruzəsində türkcəni ingilis  dili ilə müqayisə edərək, faktlar əsasında türkcənin  söz dağarcığındakı sözlərin sayının  məşhur  Oksford  lüğətini  də keçib aşdığını və  Türkcənin artıq  bir “Dünya dili”olma yoluna çıxdığını bildirdi:
“İngilis dilinin  zəngin bir dil olduğu doğrudur. Hazırda, dünyanın “Lingua Franca” ünvanına sahib olan tək  dilin İngiliscə olduğunu qəbul edirik. Ancaq, Oxford ensiklopedik bir lüğətdir. Coğrafi yerləri, texniki terminləri, özü  də ingiliscə olsa da ,olmasa da hər cür sözü barındırmaqdadır. Halbuki, Türk Dil Qurumunun (TDK) Türkcə lüğətində yalnız ümumtürkcə sözləri tapa bilərsiniz.TDK  “Türkcə sözlük” adlı kitabının üzərində işləyərək,  2011-ci ildəki son nəşrində söz sayını 122.423-ə çatdırmışdır. Ayrıca, internet ortamında hazırlanan “Böyük Türkcə sözlük”də söz sayı rekord səviyyəyə çatdırılaraq 616.767-ə yüksəldilmişdir. Bu halı ilə də  ‘Böyük Türkcə sözlük” 500.000 sözlüklü və dünyanın ən zəngin lüğəti olduğu elan edilən Oxford Lüğətini çoxdan geridə qoyub,üstələmişdir. Lakin, çox təəssüf ki, hələ də bu kitabımızın kimi çapı reallaşdırılmamışdır…
Günümüzün “Lingua franka”sı yəni ortaq məşhur dili olan İngiliscə, bizim Orhun Kitabələriri və ondan da 300 il sonra Türkcə lüğət (Divanı Lugati’t-Türk) yazılarkən bir dil olaraq hələ meydana gəlməmişdi. Yalnız İngiliscəmi? Almanca, Fransızca, İspanca, İtalyanca, Rusca da hələ yox idi. Bəzi dillər də hələ yeni meydana gəlməyə başlamışdı.İndi bu iddiamızın  üstündə  duraraq deyə bilərəm: Dünyanın ən zəngin dili Türkcədir. Əlbəttə, bizim bəzi ürəksiz, xariciləşmiş ziyalı tayfasını nəzərə almasaq, dünyada hər kəs öz dilini sevər və ucaldılmasını istər. Lakin bu iddiamız nəzəri yanılmadan ya da boş bir öyünmədən ibarət deyil. Türkcə, son əsrdə çox sıxıntılarını geridə  qoyduqdan sonra özünü toparlamış və getdikcə zənginləşməyə başlamışdır. Dildə aparılan çalışmalardan sonra Türkcə, artıq bir “Dünya dili”olma yolundadır. Özəliklə son 10 illikdə işlərini sürətləndirən Türk Dil Qurumunun əvvəlki başqanı, Prof.Dr. Şükrü Halük Akalın dövründə və yeni dönəmdə məhsuldarlığını sürətlə artırmışdır.
Bu gün Türk dillərində danışan ölkəllərin qarşısında, həll ediləcək bir çox problem var. Elm, mədəniyyət, sənət, iqtisadiyyat, texnologiya vs sahələrdə qurulacaq əməkdaşlıq üçün təməl şərtlərin başlanğıcında  da ortaq ünsiyyət dili durur. Ortaq dil; birlik və bütünlüyün təməl ünsürü olub, Türk dünyası ilə Türkiyə cümhuriyyəti arasındakı mədəniyyət körpüsünü quracaq, bu körpünün üzərindən digər sahələrdə də (iqtisadi, ticari, əsgəri, siyasi) inteqrasiya olunmaları asanlaşdıran bir ünsürdür.Türk dili geniş bir sahədə 320 milyonluq bir əhali tərəfindən danışılan dünyanın sayılan dilləri arasındadır.
Qurultayın  son günündəYeni Türkiyə Strateji Araşdırma Mərkəzinin rəhbəri Həsən Celal Güzel Türk dünyasının tanınmış elm adamlarını, türk tarixinə imzalaraını qızıl hərflərlə yazan elm fədailərini, türkoloqları Mərkəzin təsis etdiyi “Türk dünyasına xidmət” mükafatı ilə dəyərləndirdi.
Məruzə  və çıxışlarda Türk xalqları arasında ortaq ünsiyyət dilinin Türkcə olması vacib olduğu güclü bir şəkildə vurğulanırdı. Termin birliyinin təmin edilməsi elmi əməkdaşlıq imkanlarını artıracaq olub, bu yolda başladılan işlərin ardıcıl davam etdirilməsi əsas mövzulardan biridir. Türk Respublikalarında istifadə edilən Latın əsaslı əlifbaların bir-birinə yaxınlaşdırılması və 34 hərfli ortaq Türk əlifbasındakı hərflərin seçilməsi lazım olduğu Qurultayda təqdim edilən məlumatlarda və qiymətləndirmələrdə ən çox dilə gətirilən məsələlərdən oldu.
Yazımı Kaşgârlı Mahmudnın min  iləvvəl söylədiyi  bir  fikirlə  bitirmək istəyirəm.”Türk dilini seviniz, çünkü Türklərin en az keçmişləri qədər böyük gələcəyi olacaqdır”.PM++

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.