Ana səhifə TÜRK DÜNYASI Çağdaş Azərbaycan şeiri qardaş ölkədə təbliğ olunur

Çağdaş Azərbaycan şeiri qardaş ölkədə təbliğ olunur

Müəllif: Bizim Yazı
938 baxış

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə yardımı ilə “Türk dünyası İnfo” ictimai birliyinin Çağdaş Azərbaycan poeziyasının uluslararası miqyasda tanıdılması layihəsinin icrası davam etdirilir. Belə ki, topluda yer alacaq əsərlər ekspertlər tərəfindən seçilərək Türkiyə türkcəsinə tərcümə olunub.
“Türk Dünyası İnfo” ictimai birliyinin sədri, layihənin kordinatoru D.Osmanlının verdiyi məlumatına görə, “Çağdaş Azərbaycan şeirinin təbliği” adlı bu layihə konkret olaraq ötən əsrin 90-cı illərində ədəbiyyata gəlmiş və ədəbi ictimaiyyət tərəfindən etiraf olunmuş ən istedadlı Azərbaycan şairlərinin yaradıcılığını əks etdirir. Layihə əsasında yeni Azərbaycan poeziyasının 14 tanınmış nümayəndəsinin əsərləri ilk dəfə belə sanballı şəkildə Türkiyə türkcəsində nəşr olunur.
Layihənin icrası və “Çağdaş seçmə Azərbaycan şeiri” (Türkiyə türkcəsində) kitabının hazırlanması işini həyata keçirən işçi qrupu kitabı artıq uyğun nəşriyyata təhvil verməklə fəaliyyətinin əsas hissəsini yekulaşdırıb.
Qeyd edək ki, “Çağdaş seçkin Azərbaycan şiiri” kitabının təqdimat mərasimi sentyabrda Ankarada keçiriləcək. 500 nüsxədən ibarət toplunun Türk Dünyasında yayılması nəzərdə tutulub. Kitabın məsləhətçisi professor Nizami Cəfərov, redaktoru isə tanınmış türk şairi Osman Başdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.