Səidə Əfqanqızı (S.Ə.Əliyeva, 02.10.2000-ci ildə Bakı şəhərində doğulub. “Zəngi” liseyinin VIII sinfində oxuyur. Paralel olaraq, Bakı şəhərindəki 4 saylı musiqi məktəbində (fortepiano ixtisası üzrə VII sinif) təhsil alır. 2009-cu ildə “Sənin üçün darıxmışam” (ön sözün müəllifi: Xalq şairi Söhrab Tahir, redaktoru: prof. Nadir Məmmədli) və 2011-ci ildə “Nağıl dünyam” (ön sözün müəllifi: akd. Bəkir Nəbiyev, redaktoru: Rusiya Yazıçılar İttifaqının üzvü Mehdi Şərifov) şeirlər kitabları işıq üzü görüb. Rusiya Yazıçılar İttifaqının “V.V.Mayakovskiy” və «A.S.Qriboyedov” ödüllərini laureatıdır. Dövrü mətbuatda şeirləri çap olunub.)
Azərbaycan poeziyasında Heydər Əliyev obrazı
Azərbaycan şairləri Heydər Əliyev haqqında yazarkən, haqlı olaraq Azərbaycanda yaranmış və yaranan qəhrəmanlıq və gözəllik haqqında yazırlar. İlk növbədə, Heydər Əliyevin adı Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyinin qorunması ilə bağlanılır. Məsələn, şair Hüseyn İsmayılovun «Vətənin yaman günüdü» şeirində Azərbaycan müstəqilliyi Heydər Əliyevin fəaliyyəti ilə əlaqələndirilir:
Bu meydana ər gərəkdi,
Bir nər oğlu nər gərəkdi,
Ulu türk Heydər gərəkdi,
Cəm olun, aman günüdü,
Millətin yaman günüdü.
Heydər Əliyevin tərcümeyi-halının hər mərhələsi XX əsrə xas tarixi dövrlərin fonunda açıqlanır. Məsələn, Dədə Şəmşir Heydər Əliyevə həsr etdiyi «Heydərin» şeirində Heydər Əliyevin sovet dövründə Azərbaycanın nailiyyətlərindəki rolunu təsvir edir:
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.
Şair Baba Vəziroğlunun «Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək» şeirində isə Heydər Əliyevin postsovet dövründə Azərbaycanın nailiyyətlərindəki rolu təsvir edilir:
Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.
Günəş doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.
Azərbaycan şairləri ilk növbədə Heydər Əliyev şəxsiyyətinə xas səciyyəvi xüsusiyyətləri аçmağа cəhd edirlər: milli lider (Rəfiq Zəka Xəndanın «Azərbaycan cahandır» poeması), müdriklik (Həsən Şirinovun «Ulu öndər» şeiri), dahilik (Fəridə Ləmanın «Onu Zaman seçib» şeiri), böyük siyasətçi və tarixi şəxsiyyət (Zəlimxan Yaqubun «Böyük ömrün dastanı» poeması), vətənə sədaqət (Qabil Ədalətin «Ulu bir sərkərdə, ulu bir öndər» şeiri) və s.
Çox vaxt Heydər Əliyev obrazı Azərbaycanın tarixi xadimləri ilə əlaqələndirilir. Məsələn, Xəlil Rza Ulutürkün «Dədə Heydər-Atatürk» şeirində Heydər Əliyev obrazı Atatürkün obrazı ilə qarşılaşdırılır:
Dərin-mavi gözləri
sakit yanan od-ocaq,
Alovunda düşmənlər yanacaq,
kül olacaq.
Qaranlıqda işıqdır –
О işığa yol açaq.
Məsləki varlığından,
Min qat böyükdür, böyük –
Böyüklüyün rəmzidir
Dədə Heydər – Atatürk.
Xudaverdi Qasımlının «Heydər baba, Məmməd Əmin, Atatürk!!!» şeirində isə Heydər Əliyev obrazı Məmməd Əmin və Atatürk obrazları ilə əlaqələndirilir.
Şairlər xalqın Heydər Əliyevə olan ilhamlı münasibətini tez-tez əks etdirməyə nail olurlar. Nümunə kimi şair Dayandur Sevginin «Millətin xilaskarı» şeirini göstərmək olar.
Nəticədə qeyd etmək istərdim ki, azərbaycan poeziyasında Heydər Əliyev obrazı hərtərəfli açıqlanır. Azərbaycan şairləri onların üzərinə düşən yüksək məsuliyyətin öhdəsindən layiqincə gələ bilərək, hər bir azərbaycanlıya əziz və yaxın olan böyük obrazın xüsusiyyətlərini yaratmışdırlar.
may,2014