Bu yaxınlarda “Qanun” nəşriyyatında gənc yazar Ayxan Eyvazın “Mən necə Polat Alemdar oldum?” romanı kitab şəklində çapdan çıxıb. Kitabda yazarın ironik, yumoristik tərzdə yazdığı romanı yer alıb. Roman heç nəyi anlamayan uşaqların özləri də bilmədən oyun adından həyatımızın reallığı ilə üz-üzə qalmasının yaratdığı situasiyadan bəhs edir.
“Mən necə Polat Alemdar oldum?” kitabının təqdimat mərasimi iyulun 16-də, saat 12-də “Əli və Nino” kitab mağazasında (Nizami 91, Gənc Tamaşaçılarla üzbəüz) keçiriləcək.
Maraqlananlar təqdimata dəvət olunur.
/Qaynaq: Kulis.az/