(www.youtube.com/watch?v=-HjeIKEuABQ)
Bu yaxınlarda ABŞ-da “TURK DUNYASI SINIRSIZ” layihəsi çərçivəsində qədim türk rəqsinə həsr olunmuş “YOLA, YOLA” musiqi albomu çıxıb. Bu layihə özlüyündəTürkdilli dövlətlərin bütövlüyü və birliyi ideyasını daşıyır. SD diskə toplanmış materiallar əsasında Tenqriliyin, Turanın və ümumiyyətlə dünya Türklərinin mədəniyyətinə aid müəyyən simvolları ehtiva edən bir video klip də əlavə olunub. Albomun realizə olunması 6 ölkədə – İsveçrə, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, ABŞ-da həyata keçirilib.
Fərəhləndirici haldır ki,bu SD albomunun prodüseri və nəğmədəki şeirlərin müəllifi – millətsevər ziyalımız, türkoloq Sevinc Bağırovadır.Dekabrın 21-də Bakıdakı Nobel evində “YOLA, YOLA” musiqi albomunun təqdimatı keçirildi.
Sevinc xanım uzun illərdir xaricdə yaşayır. Türk xalqlarının,eləcə də Azərbaycan türklərinin mənəvi dəyərlərini Amerika və Avropa ölkələrində tanıtdırmaq istəyi ilə fəaliyyət göstərir,yazıb yaradır.Bu sahə ilə bağlı çoxlu çalışmaları, layihələri var. Bildiyimiz kimi YUNESKO və BMT-nin Baş Assambleyası 2010-cu ili “Mədəniyyətlərin yaxınlaşması ili” elan etdi.Bu qərar konstektindəki ideya bir-birinə yaxın mədəniyyətlərin ümumi xüsusiyyətlərini ortaya çıxartmaq və çağdaş şərhini vermək idi. Sevinc xanım da bu ideydan çıxış edib Türk dünyası üçün belə bir əhəmiyyətli növbəti layihəsini ortaya çıxarıb.
Sevinc xanıma görə, qədim türklərin eləcə də bu gün Azərbaycan türklərinin “Yallı” kimi məşhur olan rəqsinin ilkin adı “Yola” olub. Fəlsəfə doktoru Sevinc Bağırovanın bu təşəbbüsü “YOLA” (yəni, “Yallı” )rəqsinin yeni modern interpretasiyada nisbətən dirçəlməsinə və türkdilli ölkələrin birliyinə aparan yolda kiçik olsa da, önəmli töhfədir. Onun bir istəyi də budur ki, bu qədim rəqs qorunaraq YUNESKO-nun xəzinəsində yer alsın.Biz də biz istəyə qoşuluruq
Təqdim olunan layihə ilə bağlı,ümumiyyətlə,bu musiqi albomunun yaranması ideyası ətrafında Sevinc xanımın Türk dünyası –Turan, Tenqrilik, ortaq türk kültürü, dili ətrafında olan düşüncələrini sizə təqdim edirik
Pərvanə Məmmədli
***
Sevinc Bağırova, Cenevrə
Bu gün dünyada baş verən proseslər, bizdə belə bir layihənin gerçəkləşdirilməsi düşüncəsini yaratdı. Bu proseslər türk xalqlarından tolerantlıq və tarixin qlobal gedişatına təkamüllü inteqrasiya tələb edir.Bu isə min illərlə cilalanmış humanist dəyərlərə söykənmək deməkdir. Bu dəyərlər hər şeydən öncə bizə türk mədəniyyətinin dil, ənənə, sənət və dünyagörüşü vasitəsi ilə gəlib çatmışdır.
Tarixin hökmü ilə bir çox hissələrə parçalanmış olan vahid xalq, bu gün nəinki öz qardaşlarını güclə tanıyır, həm də əlifba, tələffüz, ləhcə və sairənin yaratdığı fərqlilik faktoruna görə bir-birlərindən uzaq düşürlər.Unutqanlıq, məlumatsızlıq və bir-birlərindən uzaq durma xalqın həyatında çox çətinliklər yaradıb. .
Amma artıq reallığı əks edən fakt min illiyin çağrışlarında bulunmaqdadır. Əslində zamanımızın müsbət tendensiyaları olan qloballaşma, texnologiya bumu və digər proseslərin fonunda mənəvi və etik bazanın itirlməsi və ya onun deqradasiyası dünyanın qarşılaşdığı ən böyük təhlükə olaraq qalır. Bu problemi bir çox xalq yaşayır.
Vahid bir əlifba, ortaq dil, ümumi mədəni dəyərlər, sosial və siyasi strukturların itirilməsi nəticəsində bu problem ilə Türk xalqları da üzləşmişdir. İtirilən sadəcə mənəvi və mədəni dəyərlər olmamışdır. Bir çox Türk xalqı yer üzündən əbədi olaraq yox olmuşdur. Bu isə Türk xalqlarının bölünməsinə görə ödənilən qiymət idi. Halbuki bu durum kiçik şeylərdən başladı. Ortaq dil, mahnılar (türkülər), rəqslər, adət-ənənələrə diqqət yetirilmədiyinə görə onlar unuduldu… Hər bir region özünü izolasiya edərək ümumi qələbələr, nailiyyətlər, adət-ənənələrin müəllifliyi mənimsəməyə çalışdı…, əsas Müəllif olan Tanrı və Turanın ümumi dil və mədəniyyəti unuduldu.
Tenqrilik dünya görüşü ilk növbədə – QEYDƏ ALMA, dünyaya, təbiət və insanın yaradıcılığına TƏŞƏKKÜR bildirmək deməkdir… Bu dünyada insanın yaradılması məqsədi – hörmət əsasında şəxsi və universal sevgini özünə YARATMAQ və QURMAQDIR. Türk dilinin sözlərində və “YOLA” rəqsin hər hərəkətində Tenqriliyin dünya görüşü prioritetləri də məhz bunlar idi.
Bütün Türklər üçün müqəddəs olan Turan anlayışı ilk növbədə fəlsəfi, mədəni və linqvistik sahədir. Onun amacı Türk mədəniyyətinə xas olan tolerantlıq, qarşılıqlı hörmət, yaradıcılıq, həyata və təbiətə dəyər vermə, əməkdaşlıq, sevinc, pozitiv təcrübələrini dünya ilə bölüşmək deməkdir.
Tenqrilik ideyaları, qrup olaraq icra edilən qədim Türk rəqsi “Yola”da parlaq şəkildə təmsil olunmuşdur. Bu rəqsin qaya üzərində və başqa şəkillərdə edilən təsvirlərini demək olar ki, Türklərin qədimdən bəri yaşadıqları hər yerdə tapmaq olar. ABŞ-da çıxan CD albom üzərində, biz əski dövrlərdənbu günə gəlib çatan və Qazaxıstanda tapılan qaya üstü rəsmləri verdik.Albom üzərində “Yola, Yola” yazısı əski Türk Rüni əlifbası və müasir Latın əlifbası ilə basılmışdır.
Nəyə görə məhz “YOLA” – bu rəqsin dəyəri nədir?
1. Onun önəmi türklərin rəsmlərində özəlliklə vurğulanıb
2. Tarixdə ən qədim rəqslərdəndir
3. Bir mərasim rəqsi olaraq, “Yola” sadəcə bir əyalətə yox, ümumən Türklərə məxsus olan bir rəqsdir., Və bu gün – münaqişə və müharibələr dönəmində bu həddindən çox vacib və aktualdır.
4. “Yola” – oyandırır, sağaldır, istiqamətləndirir, birləşdirir, ruhlandırır və tərbiyyələndirir.
5. “Yola” – Tenqriliyin bütün simvollarını əks edir – həyat yolu (YOL), sevinc emosiyasını verdiyi təkandan başlayan hərəkətlər, günəşin dövrü (Hun, Gun, HAN) birliyə, vəhdətə, kainatın strurkturlaşdırılmasına doğru cəhdi təmsil edir və bunları əl-ələ icra edilən hərəkətlərdə, ritmdə, səsdə əks edir.
6. Melodiyası və hərəkətləri olduqca sadə olan “Yola”rəqsində, vacib fəlsəfi anlayışlar icra olunub. İnsanların və cinslərin bərabərliyi, ulduzların kainatdakı yolu təsbit edilmişdir. Onunla bir rəqs edənlər cinslərin bərabərliyini ulduzların kainatdakı yolunu, trayektoriyasını nümayiş edərək dönürlər və sonra yenidən eyni nöqtəyə fəqrli bir qisimdə qayıdırlar.
Artıq fərqli bir qisimdə yola çıxırlar… Simvolik olaraq, doğru həyat yolu (kılavuz nöqtələrinə) istiqamətinə götürərək, könüllü təşkilat və ədalət formasına əsaslanaraq, insanlar sevgi və minnətdarlıqla, inam və optimizmlə, yaradıcılıq və ilhamla əl-ələ verərək həyat prosesinin bütün sahələrində tərəqqiyə doğru irəli gedirlər. Onlar əzəldən bəri müəyyən edilən sevinc, qarşılıqlı hörmət, sevgi və Yaradıcılı (və ya başqa sözlə, Kainatın Tam Qanunu ilə) ahəng yoluna yönəlirlər.
Hər dəfə yeni dialekt yaradınca “Yola” rəqsinin adı da təhrif olunurdu, o zaman sözün daşıdığı əsas məna da itirilirdi. Beləliklə, “Yola” sözü Yallı, Halay, Holac … kimi mənasız sözlərə çevirildi. Hər nə qədər gəribə gəlsə də Türk “Yola” sözünü İspanlar işlədib geniş şəkildə kullanırlar.
Rəqsin müəlliflliyini mənimsəmək həvəsi çoxlarında var idi. Lakin rəqsin və sözün mahiyyətini kimsə bilmirdi. Ancaq əski Türklər rəqsin rəsimlərdə əks edərək və ona “Yola” adını verərək onun əsl mahiyyətini, məqsədini şifrələdilər.O məqsəd – Türkləri və onların təmsilində dünya xalqlarını bölünməkdən, ayrı-seçkilikdən, inamsızlıqdan, əxlaqsızlıqdan və passivlikdən qorumaq oldu. Yəni YOLDAN sapmaqdan məqsədi ilə qorumaq idi. Bəlkə bir vaxtlar “Yola” rəqsi mətnlə müşayiət olunurdu, lakin Türk mədəniyyətinin başqa parçaları kimi o da artıq əbədiyyən itirilmişdir. Tenqrilik fəlsəfəsini bərpa etməyə cəhd edərək, Turan abidələrinə və ortaq Türk mədəniyyətinə əsaslanaraq biz bu fəlsəfəyə uyğun bir mətnini yaratmaq çalışdıq. İndi isə, bu mətn bizim albomumuzda “Yola” rəqsinin melodiyasını müşayiət edir.
Ümid edirik ki, rəqsin özü kimi onun mətni də türk kültürünün ən müqəddəs humanist dəyərlərini qiymətləndirən və qoruyan gənc nəslə və uşaqlara faydalı olacaq.
Kompozisiya insanın yer üzündə Böyük partlayış və doğuş səsindən Xakaslara məxsus oxu tərzi ilə başlayır. Bizim təkidimizlə, kompozisiyada hər yerdə yaşayan türklərin ifasına xas olan müxtəlif etnik çalğı alətləri və musiqi üslubları öz ifadəsini tapmışdır. İstərdik ki, qədim rəqs qorunaraq YUNESKO-nun xəzinəsində yer alsın. Ümid edirəm ki, həm rəqsin özü, həm də mətn faydalı ola bilir. Özəlliklə də gənc nəsil üçün. Çünki ümumtürk mədəniyyətinin ən müqəddəs humanist anlayışlarına dəyər vermək və onları qorumaq işi, məhz gənc nəslinin üzərinə düşür.
Bu məqsədlə qədim Türk rəqsin, gənclər arasında popularlaşması məqsədi ilə musiqinin aranjmanı Türkiyənin tanınmış bəstəkarı tərəfindən, müxtəlif üslublar istifadə edilərək müasirləşmişdir.
Kompozisiya, Böyuk Kosmik Partlayış, kainat və insanın yaradılmasını əks edən Hakas türklərin ifa tərzindən başlayır.
Əsərin musiqisini yeni arajmanda türkiyəli bəstəçi Volqa Tamoz bir neçə versiyada təqdim edib.Diskə əlavə olaraq, birgə toplanmış materiallar əsasında informatika mütəxəssisi Zəhra Ağayeva tərəfindən bütövlükdə bütün türklərinin kültürünü YOLA rəqsində əks etdirən videoklip yaradıldı. YOLA rəqsində də əks olunmuş bu simvolları planetimizin bütün insanları üçün qlobal əhəmmiyyəti var.