Ana səhifə İCTİMAİ Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab – “Qəlb cəbhəsi” çap olundu

Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab – “Qəlb cəbhəsi” çap olundu

Müəllif: Bizim Yazı
100 baxış

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Vətən müharibəsinin qəhramanları ilə gənclərin görüşləri” adlı layihə çərçivəsində yeni kitab çap olunub. “Qəlb cəbhəsi” adlanan kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı yazarların bədii yaradıcılıq örnəkləri toplanıb. Layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın eksperti şair-publisist, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru DGTYB-nin İdarə Heyətinin üzvü, gənc türkoloq Məleykə Mirzəli, tərtibçiləri və dizayneri DGTYB İdarə Heyətinin üzvləri Ayşən Rəhim, Şükür Əli və Sərvər Kamranlıdır. Kitabın qarşıdakı günlərdə Bakıda, Qubada və Sumqayıtda geniş ictimaiyyətə təqdimatı nəzərdə tutulur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.