Ana səhifə BAŞ YAZI Şabranda “Salam sahibi haqqdı…” təqdim olundu

Şabranda “Salam sahibi haqqdı…” təqdim olundu

Müəllif: Bizim Yazı
176 baxış

Yanvarın 29-da Xaqani Poeziya Evi və Şabran MKS-nin birgə təşkilatçılığı ilə Xaqani Poeziya Evində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, AYB-nin Poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslının “Salam sahibi haqqdı…” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Bizimyazı.az xəbər verir ki, təqdimatı giriş sözü ilə Xaqani Poeziya Evinin müdiri, şair AY Bəniz Əliyar açaraq qonaqları salamlayıb, müəllifin yaradıcılıq yolundan və poeziyasının xüsusiyyətlərindən bəhs edib.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Daşqın Məmmədov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Şabran MKS-nin direktoru Firəngiz Aslanova, qələm sahiblərindən Nəcməddin Mürvətov, Bayram Novruz, Vüsalə Anar Məmmədova, Nərminə Yunis, həmçinin mədəniyyət işçiləri və kitabxana əməkdaşları iştirak ediblər.

Poeziya bayramına çevrilən təqdimat mərasimi maraqlı çıxışlar, şeirlərin səsləndirilməsi və səmimi müzakirələrlə yadda qalıb.

Qeyd edək ki, İbrahim İlyaslının poeziyası klassik və müasir poetik ritmlərin vəhdəti ilə seçilir. Şair sözə yalnız məna deyil, ritm və nəfəs də bəxş edir. Onun “Hamı bir körpüdən keçir”, “Mən bir söz bilirəm”, “Yuxuma söykənmiş adam”, “Şair olmaq zülümdü” kimi kitabları oxucunu mənəvi səyahətə aparan poetik üfüqlərdir.

Bu görüş təkcə bir kitab təqdimatı deyil, eyni zamanda mənəvi bir yolçuluq idi. “Salam sahibi haqqdı…” yalnız kitab adı yox, qəlbləri birləşdirən, oxucunu sözün dərinliyinə çağıran poetik bir çağırış kimi hafizələrdə qaldı.

edebiyyatveincesenet.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.