Home İCTİMAİ Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib

by Ali Zeynalov

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, ötən 15 il ərzində Forum mədəniyyətlərarası dialoq və qlobal məsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilib. Dövlət başçısı beynəlxalq tərəfdaşların, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansının dəstəyini yüksək qiymətləndirib.
Forum çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında çıxış edib.
Professor Aktotı Raimkulova çıxışında türk dünyasının ortaq mədəni irsinin qorunub saxlanılmasının və təbliğinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə rəqəmsal texnologiyaların və süni intellektin roluna diqqət çəkib. Fondun prezidenti, həmçinin təşkilatın mədəni irsin rəqəmsallaşdırılması sahəsində həyata keçirdiyi təşəbbüs və layihələr, xüsusilə Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin mütəxəssisləri ilə birgə hazırlanan “TurkicHeritage” rəqəmsal platforması haqqında məlumat verib.
Professor Aktotı Raimkulova mədəniyyətlərarası dialoqun təşviqinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Forumun yüksək səviyyədə təşkilinə və beynəlxalq mədəni əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Tədbirdə 100-dən çox ölkədən 500-dən artıq qonaq iştirak edir. İştirakçılar arasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri, parlament üzvləri, siyasətçilər, dini xadimlər, elmi və akademik dairələrin təmsilçiləri, mədəniyyət xadimləri, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ekspertlər, tədqiqatçılar, eləcə də gənclər və özəl sektorun nümayəndələri yer alırlar.

You may also like

Leave a Comment