Home İCTİMAİ Fazil Mustafa Fuad Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib

Fazil Mustafa Fuad Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib

by Ali Zeynalov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının qurucusu, tanınmış kulturoloq-alim, professor Fuad Məmmədova 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda görkəmli ictimai və elm xadiminin Azərbaycan kulturoloji fikrinin inkişafına, maarifçiliyə və vətəndaş cəmiyyəti quruculuğuna verdiyi töhfələr yüksək qiymətləndirilib.
Komitə sədri alimin çoxillik elmi-pedaqoji fəaliyyətinə, “Kulturologiya, mədəniyyət, sivilizasiya” və “Yüksək mədəniyyətli insan” əsərlərinə toxunaraq onun mədəniyyəti insanın inkişafı, sosial məsuliyyət və cəmiyyətin tərəqqisi ilə əlaqəli şəkildə araşdırdığını vurğulayıb.
Təbrikdə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının elmi düşüncə ilə ictimai təşəbbüsləri birləşdirən fəaliyyətinə xüsusi yer ayrılıb.

Komitə sədri məktubunda bildirib:
“Mədəniyyət insanı formalaşdırır, yüksək mədəniyyət isə cəmiyyətin keyfiyyətini müəyyənləşdirir. Sizin elmi və ictimai fəaliyyətinizdə uzun illər ardıcıllıqla müdafiə olunan bu yanaşma vətəndaş cəmiyyətinin mahiyyəti ilə də üzvi şəkildə səsləşir”.

Fazil Mustafa professoru yubileyi münasibətilə bir daha təbrik edərək onun zəngin elmi və ictimai təcrübəsinin bundan sonra da kulturoloji fikrin inkişafına, maarifçiliyə, vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və yeni nəsillərin yetişməsinə xidmət etməsini arzulayıb.

You may also like

Leave a Comment