Ana səhifə İCTİMAİ “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin ictimaiyyətə geniş təqdimat mərasimi keçirilib

“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin ictimaiyyətə geniş təqdimat mərasimi keçirilib

Müəllif: Bizim Yazı
79 baxış

“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin ictimaiyyətə geniş təqdimat mərasimi keçirilib.

Bizimyazı.az xəbər verir ki, tədbir ilk öncə İctimai birliyin nəzdində fəaliyyətə başlayan “Zəfər yurdu” ansamblının xor kollektivinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yar edilib.

Giriş nitqi ilə çıxış edən tədbirin moderatoru, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, şair-publisist, Beynəlxalq Alaş Ədəbiyyatı mükafatçısı Əkbər Qoşalı İctimai birliyə rəsmi fəaliyyət göstərməsi münasibətilə uğurlar arzulayıb, kollektivi təbrik edib.

İctimai birliyin mədəniyyətin və incəsənətin bütün sahələrində inkişafına dəstək göstərməyi qarşısına məqsəd qoyan birliyin təsisçisi və sədri Turanə Orucova qonaqları salamladıqdan sonra qarşıda duran vəzifələrdən və gələcəkdə görülən işlərdən danışdı.

Təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatları: Vasif Qafarov, Aydın Mirzəzadə, Azərbaycanın Xalq artisti Hacı İsmayılov, Zirvə Mədəniyyət və İncəsənət ictimai birliyinin sədri Şahin Qədirov, İrəvan Ansablının rəhbəri Maya Qafarova, Qərbi Azərbaycan icmasının Nizami rayon təşkilatının sədri Xəqani Cəfərov, Aydınlar Ocağı Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin sədri Vüqar Qədirov və digər çıxış edən natiqlər ictimai birliyin kollektivini təbrik etdilər və fəaliyyətində uğurlar arzuladılar.

Tədbirdə KİV və QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.

Tədbirin sonunda “Zəfər yurdu ansamblı”nın kollektivi vətənpərvərlik ruhunda ifa etdikləri musiqilərlə qonaqların zövqünü oxşadı.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.