Ana səhifə YAZILAR Gənc şairə Nərgiz Nasirlə imza günü və oxucu görüşü təşkil olunub. Tədbirdə Bakı Biznes Universitetinin ədəbiyyatsevər tələbələri iştirak ediblər

Gənc şairə Nərgiz Nasirlə imza günü və oxucu görüşü təşkil olunub. Tədbirdə Bakı Biznes Universitetinin ədəbiyyatsevər tələbələri iştirak ediblər

Müəllif: Bizim Yazı
264 baxış

Görüş zamanı şairə öz yaradıcılıq yolundan, poeziyaya baxışından, şeirlərinin mövzu və ideya qaynaqlarından danışıb. Tələbələr tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb, ədəbiyyatın gənclərin dünyagörüşünün formalaşmasındakı rolu müzakirə olunub.

Görüşdə həmçinin Universitetin müəllimi İlahə Ümidli çıxış edərək bu tip maarifləndirici və mədəni tədbirlərin tələbələrin intellektual inkişafında mühüm rol oynadığını vurğulayıb və iştirakçılara təşəkkür edib.

Tədbirin sonunda Nərgiz Nasir oxucular üçün kitablarını imzalayıb, müəlliflə birgə xatirə şəkilləri çəkdirilib. Görüş qarşılıqlı səmimi ünsiyyət və canlı müzakirələrlə yadda qalıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.