Ana səhifə İCTİMAİ Bakı Biznes Universitetində sığorta və risk mədəniyyətinə həsr olunmuş növbəti maarifləndirici görüş keçirilib

Bakı Biznes Universitetində sığorta və risk mədəniyyətinə həsr olunmuş növbəti maarifləndirici görüş keçirilib

Müəllif: Bizim Yazı
151 baxış

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov açıb. Daha sonra Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, risklərin idarə olunması və sığortanın əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin universitetin Maliyyə kafedrasının müdiri İsmayıl Həsənov, sığorta fənninin müəllimi İlahə Ümidli və gömrük işi fənninin müəllimi Zəfər Nağıyev də çıxış edərək bu kimi tədbirlərin tələbələr üçün əhəmiyyətini vurğulayıblar.

Görüşün əsas məqsədi tələbələrdə sığorta sahəsinə marağın artırılması, onların real iş mühiti ilə yaxından tanış edilməsi və bu sahədə mövcud karyera imkanları barədə məlumatlandırılması olub.

Tədbirin sonunda fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim edilib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.