Noyabrın 23-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pawel Radomskı və həyat yoldaşı xanım Beata Urszula Radomska Diri Baba türbəsini ziyarət ediblər. Qonaqları Diri Baba türbə kompleksinin rəhbəri şair Yusif Nazim Ərəbsoy qarşılayıb. Onlara tarixi abidənin memarlıq üslubu və sufizmlə bağlı geniş məlumat verilib. Polşa ədəbiyyatının şairləri haqqında fikirlər bölüşülüb. Görüş sonunda cənab səfirə Heydər Əliyev Fondunun ingilis dilində dərc etdirdiyi Azərbaycan xalçaları haqqında kitab hədiyyə edilib. Cənab səfir Diri Baba türbəsində fərqli enerjinin olduğunu, burada olmasından məmnunluğunu və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.


