Ana səhifə YAZILAR Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovadan yeni kitab

Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovadan yeni kitab

Müəllif: Bizim Yazı
118 baxış

Filologiya üzrə fəlsəfə doktoru, türkoloq Aytən Qurbanovanın “AZƏRBAYCAN ƏDƏBİYYATINDA HEKAYƏ JANRININ TİPOLOGİYASI VƏ BƏDİİ TƏKAMÜLÜ” adlı yeni monoqrafiyası işıq üzü görüb.
Bu kitabda Azərbaycan ədəbiyyatında hekayə janrının 1920–1930-cu illər kontekstində tipoloji xüsusiyyətləri və bədii təkamül mərhələləri araşdırılır. Tədqiqatda həmin dövrün ictimai-siyasi şəraiti, ideoloji faktorların ədəbi prosesə təsiri və bunun hekayə janrının inkişaf dinamikasında əks olunma mexanizmləri elmi-nəzəri aspektdə təhlil edilir. Müəllif müxtəlif yazıçıların hekayə yaradıcılığını müqayisəli şəkildə təhlil edərək süjet quruluşu, obraz sistemi, dil və üslub xüsusiyyətlərini müəyyənləşdirir. Eyni zamanda, janrın struktur və məzmun çalarlarında meydana çıxan yeniliklər, ədəbi-bədii ənənənin qorunması və inkişafı problemləri nəzərdən keçirilir. Nəticə etibarilə, 1920–1930-cu illər Azərbaycan hekayəçiliyinin milli nəsrin janr sistemində tutduğu mövqe, tipoloji özəllikləri və ədəbi-estetik əhəmiyyəti elmi əsaslarla ümumiləşdirilir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.