AYB-nin üzvü Yusif Nazim Ərəbsoy (Yusif Məmmədov) Koreya Respublikasının KBS (Korean Broadcasting System) televiziya kanalına intervyu verib. O, koreyalı telemüxbir Ham Gunsu ilə Diri Baba türbəsinin tarixi, memarlıq üslubu və mənəvi anlamı haqqında ətraflı fikirlər bölüşüb. Qeyd edək ki, Yusif Məmmədov Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin Abidələrin mühafizəsi və idarəedilməs sektorunun müdiri vəzifəsində çalışır. O həm də DGTYB-nin (Dünya Gənc Türk Yazarlar Birliyi) İdarə Heyətinin üzvüdür.

