Ana səhifə YAZILAR Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab çap olunub

Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab çap olunub

Müəllif: Bizim Yazı
151 baxış

Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab çap olunub.

MANERA.AZ xəbər verir ki, “Paradiqma Akademi Yayınları” nəşriyyatında işıq üzü görmüş monoqrafiyanın müəllifi Kars Kafkas universiteti ədəbiyyat bölümünün müəllimi dr. Afina Barmanbaydır.

Monoqrafiyada yazıçının yaradıcılıq yolu, hekayə, povest və romanları, publisistikası, tərcümələri və kino yaradıcılığı ətraflı araşdırılıb.

Qeyd edək ki, dr. Afina Barmanbayın Qars-Qafqaz Universitetindəki fəaliyyəti Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında önəmli rol oynayır.

O, “Əhməd Cavad və Türkiyə”, “Azərbaycan romantik ədəbiyyatında Vətən”, “Gürcüstandan Azərbaycana Ağız Sözlüyü: Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şemkir, Gəncə” (V.Sadıqlı ilə birgə), “Borçalı Qarapapaq gələnəyi” monoqrafiyalarının və Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələrin müəllifidir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.