Ana səhifə İCTİMAİ “Qaladan Qala”-“Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filmi təqdim olunacaq

“Qaladan Qala”-“Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filmi təqdim olunacaq

Müəllif: Bizim Yazı
400 baxış

Sağlamlığın Qorunması İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gələn “Qaladan Qala”-“Gədəbəy:Tarixi Abidələr Diyarı” adlı sənədli filmin (25.06.2025 -ci il saat 11:00) Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təqdimatı keçiriləcək. Tədbirdə Gədəbəy rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdiriləcək və iştirakçılar üçün musiqili proqram təşkil olunacaq.
“Qaladan Qala” – “Gədəbəy: Tarixi Abidələr Diyarı” adlı bu sənədli filmdə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Gədəbəy ərazisində yerləşən əhəmiyyətli abidələr, qalalar və körpülərdən danışılır. Film, qədim oğuz xalqının tarix boyu göstərdiyi igidliyi, sıldırım qayalar üstündə ucalan qalaların möhtəşəmliyini və bu irsin qorunub saxlanılmasını özündə birləşdirir. Digər bolgələrdə olduğu kimi Gədəbəy rayonunda da dillər əzbərinə çevrilən dastanlarımızda, nağıllarımızda, aşıqlarımızın mahnılarında, şairlərimizin şerlərində qalaların, igidliyin vəsf olunması, bu ənənənin bu gün də yaşadılması diqqətə çatdırılır. Gədəbəyin zəngin irsindən bəhs edən bu film həmçinin bölgədə yaşayan malakanların həyat tərzindən, onların yerli əhali ilə birgə paylaşdığı qəhrəmanlıq hekayələrindən də söz açır.

Qeyd edək ki, film çəkilişləri “AS Production” tərəfindən həyata keçirilib. Layihə rəhbəri: “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abıyeva, redaktor: telejurnalist Səidə İbrahimli, rejissor və operator: Faiq Əliyev, videoqraf: Sadiq İsazadə, fotoqraf: Ramin Aslanovdur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.