Ana səhifə BAŞ YAZI Sumqayıtda “Açar” romanının təqdimatı keçirildi – Fotolar

Sumqayıtda “Açar” romanının təqdimatı keçirildi – Fotolar

Müəllif: Bizim Yazı
82 baxış

Martın 1-də Sumqayıt Poeziya Evində yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanının təqdimat mərasimi keçirilib.

Bizimyazı.az xəbər verir ki, “Açar” mövzusu həyatdan götürülən, psixoloji məqamlarla zəngin olan, gerçək hadisələri əks etdirən, real obrazlar sisteminə malik müasir romandır.

Romandakı hadisələr üç müxtəlif dövrü əhatə edir. Əsasən 44 günlük Vətən müharibəsi və Zəfər dövrü ilə başa çatır. Obrazların yaşantıları, həyat mübarizəsi, sevgisi olduqca təbii lövhələrlə təsvir edilir.

Natəvan Dəmirçioğlunun “Açar” romanı mövzu tutumuna və bədii xüsusiyyətlərinə görə çağdaş nəsrimizin uğurlu əsəri hesab edilə bilər.

Müəllifin ən böyük uğuru isə açar obrazını və simvolikasını Azərbaycan, hətta dünya ədəbiyyatında ilk dəfə söz sənətinə gətirməsidir./realtv/

  

 

    

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.