Məlumat üçün bildirək ki, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın, eyni zamanda, Yenimedia.net analitik-informasiya portalının təsisçisi, baş redaktoru, tanınmış ictimai lider, mədəniyyət xadimi, Prezident təqaüdçüsü, məhsuldar yazıçı-kulturoloq, məhşur KİV, yeni media, sosial şəbəkə və televiziya eksperti Aydın (Xan) Əhməd oğlu Əbilovun deputatlığa namizədliyi Yasamal 3-cü Seçki Dairəsindən irəli sürülmüşdü.
Seçki qərargahının gənclərdən ibarət könüllü fəal üzvləri tərəfindən qısa zaman ərzində qanunvericiliyə uyğun olaraq, tələb olunan 500 imza vərəqləri seçici hüquqlu vətəndaşlar tərəfindən imzalanması təmin edilib, daha sonra 17 saylı Yasamal 3-cü DSK-na təqdim olunan sənədlərlə birlikdə yoxlanılaraq, Aydın Əhməd oğlu Əbilovun deputatlığa namizədliyi rəsmi qaydada qeydiyyata alınıb.
Aydın (Xan) Əbilov bununla əlaqədar sosial media səhifəsində əsasən gənclərdən ibarət imzatoplayan qrupların üzvlərinə, inanaraq onun namizədliyini dəstəkləyən seçicilərə, eləcə də dəstəkləyən hər kəsə xüsusi minnətdarlığını çatdırıb.
Yeri gəlmişkən, müəyyən sosial-iqtisadi, məişət səviyyədə gərginliklərlə seçilən Seçki Dairəsinin hüdudlarına paytaxın evləri köçürülərək əvəzinə Qış parkı salınan ərazilər – keçmiş “Sovetski”, “Kubinka” kimi sosial gərginliyi ilə tanınan məhəllələr, eləcə də İnşaatçılar prospekti, köhnə “Orbit” mağazasının arxası, Beşmərtəbə kimi məşhur olan – Milli Akademik Dram Teatrı tərəflər daxildir.
Verilən məlumatlara görə, Aydın Əbilovun yaradılmış Seçki Qərargahının komandası ən yeni formatlardan, real və virtual metodlardan yararlanaraq, təbliğata icazə verilən vaxtdan – 9 sentyabr 2024-cü il tarixindən etibarən, modern formada seçki təbliğat kampaniyasına başlamasını planlaşdırılır. Deputatlığa namizədin özünün, eləcə də tərəfdarları olan tanınmış ictimai-mədəni simaların birbaşa iştirakıyla təbliğat və tanıtım aksiyalarına, virtual və real tədbirlərə, vətəndaşlarla birbaşa görüşlərə, seçicilərlə canlı ünsiyyətə üstünlük veriləcək.