Qondu tənha kəpənək küllərin üzərinə. Ayaqları bir-birinə yapışdı, əllərini qucaqladı. Diksindi boz kəpənək… İndi rəngsizlik ona ölümdən betər idi. Qopdu qum fırtınası. Külləri göyə sovurdu. Kəpənək küləyə qatil deməyə vaxt tapmadı. İndi o kəpənəyin məzarı göylərdədir. Artıq onun rəngsiz köynəyin günəş qurudur.
Kəpənək külə dönüb rəngsiz getdi dünyadan? Bəlkə, gülə çevrilib rəngli getdi dünyadan?!
