Ana səhifə İCTİMAİ Naxçıvan Universitetində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Universitetində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Müəllif: Bizim Yazı
539 baxış

 Bu gün “Naxçıvan” Universitetinin konfrans zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin iştirakı ilə “Heydər Əliyev İli” nə   həsr olunmuş “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan” mövsuzunda tədbir həyata keçirilib.

Bizimyazı.az xəbər verir ki, tədbirdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarıdır”, “Naxçıvan” Universitetinin “Ümumi tarix və beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “Ulu Öndər Heydər Əliyev irsinin gənc nəslə təbliğinin əhəmiyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və Psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyevanın  “Ulu Öndərimizin işıqlı yolu ilə Naxçıvan yeni-yeni zirvələr fəth edəcək” mövzularında çıxışlar dinlənilmişdir.

Çıxışlarda qeyd olunmuşdur ki, Naxçıvan torpağı XX əsrdə Azərbaycana Heydər Əliyev kimi, görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Adı tarixin səhifələrinə qızıl hərflərlə yazılmış Ulu Öndərin Azərbaycan tarixində əvəz olunmaz xidmətləri olmuşdur. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Zəngin, şərəfli və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş xüsusi istedad və peşəkarlıq tələb edən bu spesifik sahədəki fəaliyyətilə çətin siyasi dönəmlərdə təhlükəsizlik orqanlarında yüksək postlar tutmuş ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin və kommunist ideologiyasının hər cür milliliyi məhdudlaşdırdığı şəraitdə belə doğma xalqının özünəməxsusluğunun, onun müstəqillik ruhunun qorunub saxlanılması üçün bütün imkanlardan istifadə etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri də yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi yaddaşlarda qalıb. Ulu öndər Heydər Əliyev 1982-ci ilin dekabrında Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosuna üzv seçilməsi, həmçinin  SSRİ Nazirlər Soveti Sədrinin  birinci müavini təyin edilməsi Azərbaycan oğlunun onun mənsub olduğu xalqın tarixində əhəmiyyətli bir səhifə idi. Çünki Heydər Əliyev hakimiyyətin verdiyi bütün imkanlardan  Azərbaycanın inkişafı naminə istifadə edirdi.

Diqqətə çatdırılmışdır ki, Ulu Öndərin həyat və fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən dövrü doğma Naxçıvanla bağlıdır. Dahi şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmışdır. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mübarizəyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Təkcə qədim Naxçıvan deyil, ümumilikdə, Azərbaycan nail olduğu sürətli yüksəlişə, daha dəqiq ifadə etsək, bugünki varlığına görə məhz dahi rəhbər Heydər Əliyevə borcludur. Müasir tariximizin böyük bir mərhələsini əhatə edən Heydər Əliyev həqiqəti mahiyyətinə görə son dərəcə geniş və zəngin tarixi siyasi mənəvi-ideoloji irsi özündə ehtiva edir. Ümummilli liderimizin bütün həyatı öz ölkəsinin və xalqının taleyi ilə bilavasitə bağlı olmuş, onun siyasi hakimiyyəti xalqımızın taleyinə müəyyənedici, istiqamətləndirici və həlledici təsir göstərmişdir.

Qeyd olunmuşdur ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suverən Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən dahi şəxsiyyət Heydər Əliyevin xidmətləridir. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətindən, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaqdır. Xalqımızın böyük oğlu, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli sima, dövlət idarəçiliyi sahəsində böyük, təcrübəli siyasət adamı, dövlət xadimi, fenomenal şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanımızın, dövlətimizin tarixində əbədi qalacaq və həmişə anılacaqdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.