Ana səhifə YENİLİKLƏR “Qarabağ: Türk Dünyasının ortaq problemi”

“Qarabağ: Türk Dünyasının ortaq problemi”

Müəllif: Bizim Yazı
530 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində, dünən Azərbaycanda Atatürk Mərkəzində “Qarabağ: Türk Dünyasının ortaq problemi” mövzulu uluslararası konfrans düzənlənib. Konfransdan öncə isə qonaqlar və təşkilatçılar, o cümlədən DGTYB rəhbərliyi və fəalları, millət vəkili Qənirə Paşayeva, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov, Gənclər Fondunun məsul əməkdaşı Orxan Ərəbov, KİV təmsilçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib, həmçinin Bakı Özəl Türk Litseyi ilə tanış olublar.

 Konfransda DGTYB başqanı Ə.Qoşalı həyata keçirilən layihə vəonun mahiyyəti haqqında bilgi verib, bu layihənin mahiyyəti barədə danışıb. Millət vəkili dr. Qənirə Paşayeva, Türkiyə Cümhuriyyəti Azərbaycan Böyükelçiliyinin kültür müşaviriSeyidahmetArslan, QKTC Bakı təmsilçisi Səadətdin Topukçu, TÜSİAB başqanı Murat Bakır,  Azərbaycan itisadçılar İttifaqının sədr müavini, ADİU-nun müəllimi Elşad Səmədzadə, BAMF prezidenti Umud Rəhimoğlu, Azərbaycan vətən müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, DGTYB baş katibi dos.dr. Rəsmiyyə Sabir, dr. Eldəniz Şamlu Abaslı, Nurqali Jusufbay, Askar Umarov (Qazaxıstan), Altınbek İsmayılov (Qırğızıstan), Hikmət Ərən, Ayşə Paslanmaz, Ayşə Yeşim Özcan (Türkiyə), Enes ibrahim (Makedoniya), Murat Toylu (Türkmənistan), dr. Bahrom Hujanov, Baxtiyor Abdukərimov (Özbəkistan), dr. Şəmsəddin Kuzəçi (Kərkük, İraq), dr. Tudora Arnaut (Qaqauz yeri, Moldova), Rafiq Ahmedişin, Gülnaz Hasanova (Başqurdistan), Rafet Murat Ulutürk (Bolqarıstan), Dinçar Cafer (Rumıniya), Seyran Süleyman (Kırım, Ukrayna) və başqaları çıxış ediblər.

Qeyd edək ki, adıkeçən dövlət və topluluqlardan olan gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısıları, ideyası və icra proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, EkoAVRASİYA, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, ATXƏM, Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində Bakıya gəliblər. Qonaqların Azərbaycan səfəri 11 sentyabrda başa çatacaq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.