Ana səhifə BAŞ YAZI Bayrağınız uca olsun, Məmməd əmi! 

Bayrağınız uca olsun, Məmməd əmi! 

Müəllif: Bizim Yazı
164 baxış

Ustad Məmməd İsmayılın poeziyasında çoxlu suallarla, bir çox halda ritorik suallarla qarşılaşırıq.

Ancaq Məmməd əminin sualları adi, nominal suallar deyil – şair oxucunu düşüncəyə, fikrə, mülahizəyə, müzakirəyə dəvət edir. Əlbəttə, ustad bu sualları elə qoyur ki, mövzu üzrə estetika nəinki zədələnmir, əksinə, ona zənginlik qatır, həncəri deyərlər, poetik ərazini genişləndirir. Yəqin belə desək, daha düzgün olar ki, Məmməd İsmayılın poeziyası üfüqlərə, üfüqötəsinə qanadlanır və qanadlandırır…

Doğrudur, üfüqlər xəyaldı, sahillər gerçək… və ustad məhz ona görə də, sözünə vurğunları nə fizikadan, coğrafiyadan, ümumən elmdən üzür, nə də metafizikanı, ruhaniyyatı, ilahi qatları unudur… Özü də, bütün bu gözəlliklər, şəkillənmələr və təcallalar türkcəmizin geniş landşaftını, dərin düşüncənin relyefini və saat, saat yox, saatötəsi qurşaqlarını göstərir.

Məmməd İsmayıl yaradıcılığı Əsriyin, Tovuzun, Azərbaycanın, Qafqazların iqlimini Türk dünyasında (və qarşılıqlı olaraq, Turan iqlimini Azərbaycanda) əks etdirir; amma bununla qalmır, daha çox mədəniyyət iqlimini yaradır və yaxud nümayiş etdirir…

Bayrağınız uca olsun, Məmməd əmi!

Yubileyiniz qutlu olsun!

Əkbər Qoşalı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.