Ana səhifə KateqoriyasızƏDƏBİYYAT Rızkul İzatova-Şeirlər

Rızkul İzatova-Şeirlər

Müəllif: Bizim Yazı
307 baxış

Bizimyazi.az Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, qardaş qırğız türklərinin istedadlı şairi Rızkul İzatovanın şeirlərini təqdim edir. 

 

ÇIRPINTI

Gün işığı pəncərədə sınaraq,

Gülə-gülə oxşadı gül üzünü.

Bu gün səni düşünərək söylədim:

“Bu sabah o neyləmişdir…” sözünü.

 

Olar-olmaz bir şeylərə sıxılıb,

Ola bilər sıxıntılı halınız.

Olmaz işə başım elə qarışdı,-

O gün-bu gün qalxar zati-aliniz.

 

Günü-gündən artır sənə həsrətim,

Könlümdəsə tasalarım daşır hey…

Gərçi qədər məni rahat buraxmaz,

Səni görmək arzusuyla coşur hey…

 

Görüşməyə umutlarım can atar,

Gecə-gündüz könül sızlar… kədərli.

Sonsuzadək davam edər bu istək,

“Gəl” deməyin yetərlidi, yetərli.

 

 

YENƏ MƏNI GŐZLƏRMISƏN…

Könül əgər qırılarsa, düzəlməz,

Görməz olar… Bütün yollar qarışar.

Gül üzündən vaz keçməyi bacarmaz,

Başqasıyla ağıl necə barışar?

 

Qaş çatılı, ürək üzgün, həvəs yox,

Bu hal ilən deyin necə yaşaram?

Çox adamın eşqinə mən susqunam,

Qayğıların ağuşunda çaşaram.

 

Əsil adam, dinlə mənim sözümü,

Xoşbəxtliyin üçün əngəl olamam.

Yaraşıqlım, bu eşqin yox çözümü,

Özgəninəm, gəlib səndə qalamam.

Yenə məni gözlərmisən hələ sən…

 

İÇİMDӘ YAŞAYAN YAD ADAM

Kədərim həm dostdur, həm cəfa,

Qədərim yanıltdı çox dəfə.

Buludcan gözlərim sulansa,

Ovudar ancaq şeir və səfa.

 

Açılmaz göyüzü qaranlıq,

Acıqlı hisslərim “it canlı”.

Ömrümsə əriyən şam kimi,

Tükənməz deyildir həm şanlı.

 

Günlərim acıyla iç-içə,

Xatalar güdərəm gör necə.

Günahsız birini qoruyan

Adamı saymaram bir heçə.

 

Qəlbimə yerləşib kök atan,

Qarışıq hisslərim yalandan.

Yönəldir ağlımı, huşumu

İçimdə yaşayan yad adam.

 

QIŞ XӘYALI

Qanımda dolaşır yalın od,

Canım çox sıxılır… canım, çox.

Yaşaram gözlənti içində,

Yolumuz çətindir, asan yox.

 

Qapandım bəlirsiz dövrədə,

Qovrulub bitməmə az qaldı.

Bel bağlasam da baxtıma,

Bəlirli-bəlirsiz naz qaldı.

 

Uçuşur xəyalım sel kimi,

İş bu, qış qanadım burxuldu.

Yabançı olaraq bir anda

Yanımda olmaqdan qorxuldu.

 

İrəli aparmaz kədərim,

Üzünü göstərməz qədərim.

Köksümdə ümidim sönməzkən,

Könlümdən necə mən yox edim?

 

BAĞIŞLA

Hökmünü sürdürür, haqq da eləyir,

Hüzünlü hisslərim köz ürəyimdə.

Səndən vaz keçmərəm, lap belə olsun

Olsun başqa biri öz ürəyində.

 

Bezdirdi içimin iztirabları,

Məni yalqız qoydu bu istilası.

Mənim misralarım qan ağlamaqda,

Umudu parlatdı eşqin cilası.

 

Ağlaram, duyduğum dilimə gəlməz,

Qarşılıqsız sevda önünə gəlməm.

Sizdən əfv dilərəm, ey şeirlərim,

Neynim o adamı unuda bilməm.

 

QİSMӘTİM

Eşidincə dostlar həvəs göstərər,

Xoş halına, sən şairsən deyərlər.

Başqaları bundan xoşhal olsa da,

Mən şeirin nazın çəkdim sərasər.

 

Deyəmmərəm yazdıqlarım xoşmudur,

Artıq-əskik söylənənlər boşmudur?

Şeir yazılan vərəqləri al götür,

Cırıb-yandır, gərəkirsə at, budur…

 

… Gözü yaşlı gördüm mən aldananı,-

Qarşılıqsız eşq oduna yananı.

Mutlu olan şair qızlar çox azdır,

Gördüm ancaq sənəti qut sananı…

 

Ara bir yol vardır puslu, sis, mətin

Amma bu yol xardır, yaxar ismətin.

Ev-eşikli olmaq varsa qədərdə,

Əlbət, bir gün çıxıb gələr qismətim.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.