Ana səhifə BAŞ YAZI Niyə mələk olmadın?!.

Niyə mələk olmadın?!.

Müəllif: Bizim Yazı
176 baxış

 

Mətləb AĞAdan iki şeir

***
Çıx get, qapı açıqdı,
nəysən, gözümlə gördüm;
ürəyində nə vardı,
indi üzündə gördüm…

 

tələs, sabah olacaq,
sonuncu ulduz sönür…
əlbəttə, çox peşmanam,
mələk sanmışdım səni…

sevgimə rəhmət dedim,
sənsə, hərdənbir düşün;
kimin boynunda qalır
qanı öldürülmüşün…

belə bitməzdi gərək,
sənə nə deyim, qadın;
axı şansın varıydı,
niyə Mələk olmadın?!.

***

Bəlkə bu gün ayrıldıq,
özü də birdəfəlik…
heç bir söz söyləmirsən, –
nə bilirik, bilirik…

daha filan-feşməkan –
dilini sıx dişinə;
hər şey ötüb keçəcək,
gedəcək öz işinə…

məni kimsə soruşsa,
deyərsən bir söz tapıb…
sözsüz, bir də açılmaz
indi çırpdığım qapı…

…günlər ötər özüyçün,
başımızı bişirər…
…bilirəm, nə deyirsən,
dilini sıx dişinə…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.