Ana səhifə İCTİMAİ Mədəniyyət Komitəsinin sədri növbəti qəbul keçirib

Mədəniyyət Komitəsinin sədri növbəti qəbul keçirib

Müəllif: Bizim Yazı
101 baxış

Bizimyazı.az xəbər verir ki, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Novruz bayramı öncəsi növbəti vətəndaş qəbulu keçirib.

Tanınmış şairlər – “Azərbaycan” jurnalının şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, Yazıçılar Birliyi Mərkəzi Qərargahında ədəbi işçi Güləmayıl Murad (İsayeva), Aşıq Kəmalə Mehdiyeva, şəhid İlqar Məmmədovun anası Şərifə xanım Sadıxova, ehtiyatda olan hərbçilər Emil Babayev, Bəxtiyar Hümbətov və b. ilə görüşən Komitə sədri, onları ətraflı dinləyib, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb.

Fazil Mustafa Mədəniyyət Komitəsində mədəni irslə, ümumən mədəniyyət, incəsənət fəaliyyəti ilə bağlı aparılan müzakirələr, Milli Məclisdə qəbul edilən müvafiq qanunlar, qanunlara əlavə və düzəlişlər haqqında görüş iştirakçılarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Komitə sədri görüş iştirakçılarını Novruz bayramı ilə bağlı təbrik edib, ən xoş diləklərini yetirib.

Şair Qəşəm Nəcəfzadə və Gülamayıl Murad öz kitablarını Komitə sədri üçün imzalayıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.