Ana səhifə BAŞ YAZI Bir polyak öyküsü

Bir polyak öyküsü

Müəllif: Bizim Yazı
475 baxış

Voyçek Kuçok (Polşa)

MARİYA

Mariya qatarın boş kupelərindən birində başmaqlarını soyunaraq ayaqlarını qarşıdakı oturacağa qoymuşdu. Yarıaçıq pəncərədən güclü külək birbaşa onun başına vururdu. Çarxların tıqqıltısı, səslərin ahəngi onu sevindirirdi. Mariya gülümsəyirdi. Küləyin onun yaylığını başından açmasına, saçlarını daramasına icazə verirdi. Qara şalvarın altından çıxan incə ayaqlarına baxaraq sevinclə başını yırğalarkən üzünə təbəssüm qonurdu.
Ax o necə də gözəldir, heç şübhəsiz ki, Mariya gülümsəyəndə çox füsunkar görünürdü.
Həddindən artıq gözəl idi, lap rahibələr kimi. Onun gözəlliyi edilən dualardan öz təravətini itirmirdi. Onun yanaqları al-qırmızıdı, onun dodaqları isə hələ də gözləyir. Dodaqlar heç nə edə bilmir, çünki onların sahibəsi sevgilisinin qulağına sevgi sözləri demək əvəzinə, Məryəm anaya ayinlər pıçıldayır. Xoş xatirələr içində sevdiyi kişinin əllərini öpməkdənsə, soyuq ağac üzərində həkk olunmuş oymaları öpür.
Mariya o qədər cazibədar idi ki, monastrda olan rahibələr həftə ərzində bir neçə dəfə ona qarşı olan düşmənliklərini etiraf edirdilər; rahibələrdən heç biri bu cür gözəl vücudda təmiz ruhun yatdığını qəbul edə bilmirdi;
Mariyanın kilsədəki siması onlar üçün çaşdırıcı bir işarə idi. Mariya bu gün ona görə xoşbəxtdir ki, nəyahət, uzun müddətdən sonra sınaq müddətini keçmişdi və ilk dəfə olaraq bayıra çıxa bilirdi.
Məzuniyyət əldə etmişdi. Rahatlıq hissi keçirə bilərdi. Artıq gözəl olmaq onun üçün azaddır. Mariya simasını qara çarşab altında gizlətməyə çalışmır, onun gözəlliyi kilsə divarlarının arxasında olanları incitmir.
Mariya pəncərənin şüşəsini sonuna kimi açır, bir anlıq küləyin onun bütün vərdişlərini sovurduğunu hiss edir, niyyətinə çatmaq üçün bütün fürsətlərdən istifadə edir. Mariya həzin küləkdən həzz alaraq “gedirəm, gedirəm, gedirəm”, – söyləyir. Düşünür ki, Allaha sadiqdir, məhz indi o, kilsə qanunlardan 70, ziyarət etməyə getdiyi valideynlərindən isə 30 kilomet uzaqdadır. Elə bu anda o, hansısa bir kişiylə bərabər olmaq istəyər. Bu dəqiqə kupedən düşərək bütün monastr qaydalarının çeynəyə bilər. Çarxların səsi və güclü külək onu bu cür hisslərə təhrik edir… ancaq, ancaq, ancaq.
Artıq qatarın sürəti azalır, güclü külək sakitləşir, qatar vağzala yaxınlaşır. Mariya saçlarını düzəldir, daha sonra isə gülümsəyərək biletlərini bığlı nəzarətçiyə təqdim edərək qatarı tərk edir…

Polyak dilindən çevirdi: Zümrüd Əlizadə

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.