Ana səhifə BAŞ YAZI “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı nəşr edilmişdir

“Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı nəşr edilmişdir

Müəllif: Bizim Yazı
77 baxış

(BizimYAZI AzərTAc-a istinadən bildirir:) Tanınmış yazıçı-publisist, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində çapdan çıxmışdır.
Oxuculara təqdim olunan bu kitab XX yüzillikdə və XXI yüzilliyin birinci onilliyində yazıb-yaradan müasir yazıçıların həyat və yaradıcılığı barədə ensiklopedik məlumat toplusudur. Kitabda öz əsərləri ilə milli-mənəvi xəzinəmizi zənginləşdirən yazıçıların biblioqrafik oçerkləri verilmişdir.
Sovet hakimiyyəti dövründə repressiyaya məruz qalmış, mühacirətdə – Türkiyə, İran, İraq, İngiltərə və başqa xarici ölkələrdə yaşayıb-yaratmış soydaşlarımızın həyat və yaradıcılığı haqqında oçerklər də kitaba daxil edilmişdir. Həmçinin kitabda 1990-cı iI yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya hücumu zamanı şəhid olmuş, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin salınan qələm sahiblərinin haqqında da məlumat verilmişdir.
Kitaba Xalq Yazıçısı Anar rəy vermiş, “Dəyərli ədəbi salnamə” adlı “Ön söz” yazmışdır. Bir çox tanınmış ədəbiyyat xadimlərinin “Ön söz” yazdıqları nəşr 1037 səhifədən ibarətdir.
Kitaba əlavə olaraq 59 səhifədən ibarət “Soraq kitabçası” da nəşr edilmişdir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.