Ana səhifə BAŞ YAZI Qənirə Paşayevanın xatirəsinə Təranə Turan Rəhimlidən şeir

Qənirə Paşayevanın xatirəsinə Təranə Turan Rəhimlidən şeir

Müəllif: Bizim Yazı
286 baxış

ÖMÜR BELƏ YAŞANAR

İşıq qadın – Qənirə xanımın əziz xatirəsinə

Dünyaya Haqq yolunda

İşıq olmağa gəldin.

Hamını elə sevdin

Səni doğması bildi.

 

Qolların hey uzandı

Hər ürəyi qucmağa.

Əlin qonan çiyinə

Qanad taxdın uçmağa.

 

Ümid çırağı oldun

Gözünə dəyən gözə.

Köksünə sığmır deyə

Könlünü verdin sözə.

 

Allahın lütfü idin

Bu millətə, bu yurda.

Haray saldın aləmə

Vətən qalanda darda.

 

Səndən öyrəndi çoxu

Mərhəməti, ülfəti.

Təmənnasız sevməyi,

Kimsəsizə hörməti.

 

Dərdliyə əl uzadan,

Güc verən, İşıq Qadın.

Sevgisi, eşqi başqa,

Allaha aşiq qadın.

 

Şəhid analarının

Təsəllisi, dayağı,

Ayağının altında

Açıldı cənnət bağı.

 

Yol aldın uzaqlara,

Turan ağlayıb bitdi.

Utandırdın əcəli,

Elə dəyərlə getdin.

 

Həyatınla göstərdin

Şərəf necə daşınar.

Ölümünlə dərs verdin:

Ömür belə yaşanar.

 

Təranə Turan Rəhimli

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.