Vaqif ASLAN — 70

Bu gün tanınmış şair, türkoloq,  Azərbaycan Yazıçılar Birliyi Şəki filialının sədri, ADPU-nun Şəki filialının müəllimi Vaqif Aslanın 70 yaşı tamam olur.

Yubilyarı ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm!

Vaqif Aslan həm şair, həm pedaqoq, həm də, araşdırmaçı kimi məhsuldar fəaliyyəti ilə seçilən dəyərli aydınımız, ədəbi imzasını öz yaradıcılıq kredosuna sadiqliyi, işlədiyi mövzulara vaqifliklə sübuta yetirməyi bacarmışdır.

Dəyərlər yurdu Şəkidə doğulub, Şəkidə yaşayan dəyərli Vaqif müəllim, bu əsrarəngiz elimizin dəyərinə dəyər qatmaqdadır.

Onun yetirmələri, onu özünə ustad bilən neçə-neçə istedadlı gənc Vaqif Aslan uğurlaması və dəstəyi ilə ədəbi həyata vəsiqə qazanmışdır.

İstər poeziyada, istər türkoloji aradşrımalarında özünəxas üslub, gözəllik və dərinliklə qələm işlədən Vaqif Aslanın hələlik ən son kitabı – “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” dərs vəsaiti dediklərimizə bariz sübutdur.

Bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram!

Qənirə Paşayeva
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Oxunma sayı: 182

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Этот сайт использует Akismet для борьбы со спамом. Узнайте как обрабатываются ваши данные комментариев.