Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın
“Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

22 aprel 2019-cu il tarixində Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı
publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi keçirilib. Təqdimat
mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid
açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat
verib. Sonra tədbirin aparıcısı şair Yusif 
Nəğməkar Gülnar Səmanın yaradıcılığı və yeni çap olunan kitabı haqqında ətraflı
çıxış edərək məclisi idarə edib. Kitab haqqında geniş məruzəni Ədəbiyyat
İnstitutunun əməkdaşı Təhminə Vəliyeva etdikdən sonra Mətbuat tarixi və
publisitika şöbəsinin müdiri professor Vüqar Əhməd və həmin şöbənin əməkdaşı
Gülbəniz Babayeva da müəllifin məhsuldar fəaliyyətindən söz açıblar.

Eyni zamanda ziyalılardan Əlirza Xələfli, Kənan
Hacı, Kəmaləddin Qədim, Nəcibə İlkin, Şöhlət Abbas, Nizami Muradoğlu, İradə
Əlili, Aqil Camal, Əkbər Qoşalı, Hüseyn Məmmədov, Qulu Əlioğlu, Saqif
Qaratorpaq, Rizvan Nəsiboğlu, Balayar Sadiq, Sabir Alim və s. çıxışlarında
Gülnar Səmanın özünəməxsus üslubunu və yaradıcılıq kredosunu xüsusi
vurğulayıblar.

Bununla yanaşı, müəllifin qələm dostlarından Şəhanə
Müşfiq, Afət Viləşsoy, Savalan Talıblı, Ramil Mərzili, Fuad Cəfərli, Seyhun
Hökmdar, Şəhriyar Seyidoğlu, Yetim Qacar, Mənsur Həsənzadə, Əfsanə Ələsgərli, Rəşad
Məhəmmədoğlu, Səbinə Abdullayeva, Səxavət Sahil də tədbirdə iştirak edərək həmkarları
haqqında ürək sözlərini çatdırıblar.

Təqdimat mərasimində rəssamlardan Esmira Rəhimli və
Gülnarə Mahmud, müəllifin şagirdi olmuş Ramil Hümbətov, doktorant yoldaşları və
ailə üzvləri də iştirak ediblər.

Təqdimat mərasiminin sonunda Gülnar Səmanın anası və
qardaşı iştirakçılara minnətdarlıq ediblər. Tədbir müəllifin təşəkkür nitqi və
xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Oxunma sayı: 248

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.