Daily Archives: 2 Sentyabr 2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Dilimiz varlığımızdır, qoruyaq-inkişaf etdirək mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çapa hazırlanıb.

Kitabda əksəriyyəti gənc nəsilə mənsub olan təqdiqatçıların elmi-publisistik məqalələri yer alıb.

Bundan əlavə layihə çərçivəsində “dilimizvarligimiz.az” adlı sayt qurulub.

Yeni yaradılan saytda mütəmadi olaraq elmi, publisistik, ədəbi yazılar, elektron (PDF) kitablar oxuculara təqdim olunacaq.

Sözügedən layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşardır.

Layihəyə oktyabr ayında yekun vurulacaq.

Oxunma sayı: 78