Ana səhifə ŞEİR Yeqzar Cəfərlinin şeiri – Xoşbəxtliyin rəngi

Yeqzar Cəfərlinin şeiri – Xoşbəxtliyin rəngi

Müəllif: Bizim Yazı
232 baxış

Qondu tənha kəpənək
Üzərinə küllərin
Ayaqları yapışdı
Qucaqladı əllərin

Diksindi boz kəpənək
Təzə idi, tər idi
İndi rəngsizlik ona
Ölümdən betər idi

Bilmirdi boz kəpənək
Boz olmaq bir nemətdir
Rəqs edən kül dənələr
Ən böyük səadətdir

Qopdu qum fırtınası
Küllər sovruldu göyə
Vaxt tapmadı kəpənək
Küləyə qatil deyə

Məzarı göylərdədi
İndi o kəpənəyin
Artıq günəş qurudur
Onun rəngsiz köynəyin

Kəpənək külə dönüb
Rəngsiz getdi dünyadan?
Bəlkə, gülə çevrilib
Rəngli getdi dünyadan?

Yeqzar Cəfərli

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.