Ana səhifə YENİLİKLƏR “O”NUN “İMZA GÜNÜ” KEÇİRİLƏCƏK…

“O”NUN “İMZA GÜNÜ” KEÇİRİLƏCƏK…

Müəllif: Bizim Yazı
139 baxış

Millət vəkili Qənirə Paşayevanın “Özümə yolçuluq” trilogiyasının ikinci cildi işıq üzü görüb

“O…” adlanan yeni kitabda xanım millət vəkilinin Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xəttlər üzrə düşüncə yazıları toplanıb. Dünyanın yaradılış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üztutmalar yeni nəşrin əsas leytmotivini təşkil edir, desək yanlış olmazdı.
“Özümə yolçuluğ”a daxil olan birinci kitab “Məndən sonra…” adlanırdı və bir neçə ay bundan öncə işıq üzü görüb. Ümumən “Özümə yolçuluq” seriyasından çıxan (və gələcəkdə çıxacaq) kitablar, anlamaq istəyən hər kəsə acıq olub, bir millət vəkilinin, siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, ruhən “O”na bağlı olan, “O”nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun duyğu, düşüncə, fikir və qənaətləridir.
Qeyd edək ki, yeni çapdan çıxmış “O…” (“Özümə yolçuluq”) kitabının “imza günü”, “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində yerləşən dükanında, bu ayın 13-də keçiriləcək. “İmza”lanma saat 19.00-da başlayacaq.
İctimaiyyət -siyasi xadimlərinin, tanınmış sənətçilərin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin də qatılacağı mərasimə xanım yazarın sadiq oxucuları, vaxtı olan bütün kitabsevərlər dəvətlidir.
Əziz dostlar! Arzu edən hər kəs təqdimat və imzalanma mərasimində iştirak edə bilər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.