Ana səhifə BAŞ YAZI GÜLMƏLİ MİLYONÇU – Yapon dilindən (orjinaldan) çeviri

GÜLMƏLİ MİLYONÇU – Yapon dilindən (orjinaldan) çeviri

Müəllif: Bizim Yazı
935 baxış

(Nağıl)

Bir kənddə tək-tənha yaşayan bir adam vardı. Onun adı  Sakici idi. Sakicinin pulu, yeməyə və geyinməyə hec nəyi yox idi. “Mən hər gün var gücümlə yaşayram” deyirdi. Pulu olmadığı üçün çox narahat idi. Sakici həmişə fikirli gəzib-dolanırdı. Günlərin bir günü o, məbədə gəldi və orada oturub dua eləməyə başladı. O, “mənim pulum və yeməyim yoxdur, yaman acmışam, çox yorulmuşam, zəhmət olmasa mənə kömək edin” deyirdi. Bu zaman məbəddən səs gəlir: “Sakici, yaxşı qulaq as, (Sakici bu zaman təəccüblənir) sənin məndən istəyin nədir? Nəsə istəyirsənsə, mənim sənə ayıracağım mühüm bir gün olacaq və o günü gözlə. Sakici: – Başa düşdüm. – dedi. Bundan sonra Sakicinin əhvalı yaxşılaşdı və məbəddən çıxdı. Sonra birdən yerə yıxıldı. O, yıxılarkən əli ilə nəsə  tutmuşdu., bu bir böcək idi. Bu böcək onu çox bezdirdi, Sakici böcəyə ip bağlayıb onu gülməli hala saldı. O, bir az yol getdikdən sonra atası ilə gedən bir uşaq qarşısına çıxdı. Uşaq böcəyi görüb istədi. Uşağın atası üc mandarin verib  böcəyi dəyişməyi təklif etdi. Sakici  razı oldu. O, mandarinləri götürüb yola davam etdi.

Qarşıda iki uşağa rast gəldi. Uşaqlar ağlayırdılar, Sakici onlara yaxınlaşıb soruşdu: – Niyə ağlayırsınız, uşaqlar? Uşaqlar: – Anamız çox xəstədir və yeməyə də heç nəyimiz yoxdur. Sakici əlindəki mandarinləri uşaqların anasına verdi. Ac ana  mandarinləri yedikdən sonra yaxşılaşdı, Sakiciyə minnətdarlığını bildirdi və əlindəki qırmızı boxçanı ona verdi. Sakici boxçanı götürüb yoluna davam etdi bir az getdikdən sonra qarşıda cayın kənarında bir adam gördü. Onun yanında atı da vardı. Sakici çox yorulmuşdu, atı ondan alıb yoluna atla davam etmək istədi. O, boxça ilə atı dəyişdirməyi təklif etdi. Adam razı oldu və onlar atla boxçanı bir-birilə dəyişdirdilər. Beləcə Sakici atla yoluna davam etdi. Az getdikdən sonra qarşıda böyük bir ev göründü. Ev çox, çox böyük və geniş idi. Birdən evdən kimsə cıxdı, bu ev sahibinim köməkçisi idi. O, Sakiciyə yaxınlaşib dedi: – Ev sahibinim sizin atinizdan xoşu gəldi və onu istəyir. Sonra ev sahibinin köməkçisi Sakicini ev sahibinin yanına apardı. Ev sahibi Sakiciyə dedi: – Mən uzaq bir yerə getməliyəm və sənin atına ehtiyacım var. Mən qayıdana kimi evə bax. Üc ildən sonra qayıdıb atını sənə geri qaytaracağam. Bunundeyib Sakiciyə yetərincə pul da verdi. Evdə bolluca yemək, pul, hər şey var idi. Sakici ev sahibiylə razılaşdı və onu yola saldı.

Sakici evdə tək yaşamağa başladSirac AGAı. O, üç il gözlədi, lakin ev sahibindən xəbər-ətər yox idi. Beş il, on il keçdikdən sonra da ev sahibi qayıtmadı. Sakici öz-özunə düşündü və məbəddəki səs yadına düşdü. Məbəddə ona “sənə mühüm bir gün ayıracagam” deyilmişdi. Sakici öz-özünə “həmin gün bu gündür dedi. Artıq onun çoxlu pulu, çox böyük ev-eşiyi var idi. Ev sahibinin evi ona qalmış və milyonçu olmuşdu. Gülməli böcəyinə görə əvvəllər onu “gülməli adam” deyə çağirırdılar. Bundan sonra isə kənd arasında Sakicinin adi “gülməli milyonçu” oldu.

Yapon dilindən çevirən: Sirac Ağayev,

BDU-nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Yaponiya üzrə) şöbəsinin II kurs tələbəsi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.