Ana səhifə YENİLİKLƏR “GƏNCLİYİN SÖZÜ” kitabı ADPU-nun Quba filialında təqdim olunub

“GƏNCLİYİN SÖZÜ” kitabı ADPU-nun Quba filialında təqdim olunub

Müəllif: Bizim Yazı
546 baxış

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin sözü” adlı kitabın ADPU-nun Quba filialında təqdimatı keçirilib.

Bizimyazı.az xəbər verir ki, ADPU-nun Quba filialında baş tutan tədbirdə filialın direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev qonaqları və auditoriyanı salamlayaraq, tədbirin universitetdə təşkil olunmasının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar çıxış edərək, təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, təşkilat tərəfindən indiyə kimi onlarla kitab nəşr edilib, birlik müxtəlif türk ölkələrində keçirilən konfrans, simpozium və festivallarda Azərbaycanı uğurla təmsil edib.

Tədbirdə çıxış edən görkəmli şair Ramiz Qusarçaylı  DGTYB-nin gənc yazarların üzə çıxarılması istiqamətindəki fəaliyyətindən və dərc olunan kitabın önəmindən bəhs edib. Quba rayon İcra Hakimiyyətinin əməkdaşı  Əhməd Nurullayev çıxışında Quba rayon İcra Hakimiyyətinin başçısı, Ziyəddin Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq belə bir tədbirin Qubada təşkili üçün təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra kitabda yaradıcılıq nümunələri yer alan müəlliflərdən Habil Rzanur, Murad Muradov çıxış edərək ədəbi nümunələr səsləndiriblər. Regionda yaşayan yazarlardan Ceyhun Ağabəyov və universitetin müəllimlərindən Nuranə Allahverdiyeva, Nəhayət Şirinova çıxışlarında çap olunan kitabın önəmini diqqət çəkərək, tələbələrlə yazarların bu cür görüşlərinin vacibliyini vurğulayıblar. Daha ardıcıl olaraq tələbələrə söz verilib. Tələbələr çıxış edərək, “Gəncliyin sözü” kitabındakı şeirlərdən səsləndiriblər. Tədbirin sonunda filialın direktoru Yusif Alıyəve və şair Ramiz Qusarçaylıya İntiqam Yaşar tərəfindən Dünya Gənc Türk Yazarlar Birliyinin diplomu təqdim olunub, xatirə şəkli çəkilərək tədbirə yekun vurulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.