Ana səhifə BAŞ YAZI GƏNC YAZARLARIN MÖHTƏŞƏM “BAKI GÖRÜŞÜ” (+ 4 video)

GƏNC YAZARLARIN MÖHTƏŞƏM “BAKI GÖRÜŞÜ” (+ 4 video)

Müəllif: Bizim Yazı
768 baxış

dgtyb - Sheir AxshamiDünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (AGİN) dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihə çərçivəsində, dekabrın 10-da Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Şeir Axşamı” keçirilib.
Tədbirin aparıcısı – DGTYB Təsisçilər Şurasının üzvü, Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü dos.dr.Rəsmiyyə Sabir “Şeir Axşamı”nda bölgələrdən gəlmiş gənc şairlərin öz şeirlərini oxuyacağını və münsiflər heyətinin müəyyənləşdirəcəyi üç gənc şairin ödülləndiriləcəyini bildirərək, deyib ki, “Münsifər heyəti”nə Rəşad Məcid (AYB Gənclər katibi, “525-ci qəzet”in baş redaktoru), İbrahim İlyaslı (Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru), Dəyanət Osmanlı (Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “TürkBirİnfo” başqanı), Rüstəm Kamal (BSU Yaradıcılıq fakültəsinin dekanı), Qulu Ağsəs (“Ulduz” dərgisinin baş redaktor müavini), Ramiz Qusarçaylı (Qubadakı “Ay işığı” Ədəbi Məclisinin başçısı), İlqar İlkin (“Birlik” dərgisinin baş redaktoru, DGTYB Təsisçilər Şurasının üzvü) daxildir.
“Şeir Axşamı”nda DGTYB mənsubları və donor təmsilçiləri ilə yanaşı mötəbər qonaqlar, habelə müxtəlif yaş qrupuna aid olan şairlər, yazıçılar, jurnalistlər, QHT rəhbərləri, şeir və kitab dostları iştirak edirdi.
Tanınmış sənətçilər – “Savalan” mistik qrupunun başçısı Novruz Novruzlu, əməkdar artist Nuriyyə Hüseynova, vokalist İlham Əsgəroğlu, solo saz ifaçısı Sazbənd Fərman (Xuduoğlu), gənc ulduz Elvin Babazadə, gənc aşıq Nasir Laçınlı (Alxasov) öz maraqlı ifaları ilə şeir axşamına rəng qatdılar.
Bölgələrdən gəlmiş və Dövlət Mahnı Teatrında səhnə almış bütün gənc şairlərə “Bakı Görüşü”nə özəl hədiyyələr verilərkən, ilk üç yer qalibinə də pul mükafatı təqdim edilib. Mükafatları “Almaz” dərgisi adına şair Aydın Rəşid (III yer), DGTYB Məsləhət Şurası və Mahmud Kaşqarlı Fondunun “San yarlığı” Beynəlxalq Mükafat Komissiyası adına tarixi romanlar müəllifi Cəlaləddin Qasımov (II yer), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB adına millət vəkili dr. Qənirə Paşayeva ( I yer) təqdim ediblər.
Qeyd edək ki, gənc şairlər “Bakı Görüşü” çərçivəsində Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və AYB rəhbərliyi ilə görüşüb, bölgələrdə ədəbi mühit, uğurlar, problemlər, perspektivlər üzərinə müzakirələr apa¬rıblar.. AYB-dəki görüşdə Xalq şairi Fikrət Qoca, AYB Gənclər katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AYB Mətbuat Xidmətinin başçısı, Gənc Şairlər Birliyinin başqanı Xəyal Rza, görüşdə iştirak edən İraqlı soydaşlarımız – şairlər Əsat Ərbil və Riyaz Dəmirçi və başqaları, o cümlədən bölgələrdən gəlmiş gənc yazarlar çıxış ediblər.
Azərbaycanda Atatürk Mərkəzində isə bu Mərkəzin müdiri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovla görüş olub. Görüşdə Mingəçevirdə çıxan “Söz odası” qəzetinin baş re¬daktoru şair-publisist Elşən Əzimin “Əyalət və ədəbiyyat: uğurlar, problemlər” adlı geniş məruzəsi dinlənilib. Bölgə yazarlarının uğur və problemlərinin onların öz dilindən eşidildiyi məruzə dinlənildikdən sonra millət vəkili Nizami Cəfərov geniş nitq söyləyərək, öz fikirlərini bölüşərək, tövsiyyələrini verib, gəncləri maraqlandıran suallarla maraqlanıb. Bundan sonra Akəm Xaqan, Tural Adışirin (Şəki), İlham İsmixanoğlu (Bərdə), İsrail Fərhad (Xocalı), Taleh Mansur (Qazax), Məhəmməd Mehdixanlı, Nəbi Nüseynli (Tovuz), Rəfael Agah (Xaçmaz), Gündüz Sevindik (Ağcabədi), Vüqar Rahi (Sumqayıt), habelə Fərqanə Mehdi (”Ulduz” dərgisi Poeziya bölümünün başçısı), Təranə Novruzbəy (“Almaz” dərgisinin redaktoru), Sevil Gültən (çevirmən) və başqaları çıxış edib, mülahizələrini bölüşüb, təkliflərini çatdırıblar.
“Gənc Yazarların Bakı Görüşü” iştirakçıları Toplantının  rəsmi açılışından öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq-alim akademik Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət ediblər.

***
Xatırladaq ki, “Gənc yazarların Bakı görüşü”nün məqsədi bölgələrdə yaşayan gənc istedadları üzə çıxarmaq, onların yaradıcılıq məhsullarını respublikanın çağdaş ədəbiyyat təsər¬rüfatının güncəl faktına çevirmək; bölgələrdə ədəbi mühit, mövcud durum, qarşıda duran vəzifələr və b. uyğun mövzularda məhz bölgə yazarlarının öz dili ilə bilgilənmək, onların indiyədək əldə etdiyi uğurlarla tanış olmaq; gənclərin istəklərini, qayğılarını öyrənmək, müvafiq təkliflərlə çıxış et¬məkdir. DGTYB bundan öncə – 2012-ci ildə “Bölgələrdə görüşlər” adlı (AGİN tərəfindən dəstəklənən) layihə çərçivəsində Quba, Mingəçevir, Şəki, Qazax, Gəncə, Salyan və Cəlilabadda görüşlər keçirib, “Bölgələrdən səslər” adlı şeir toplusu nəşr edib.

***
Əlavə olaraq onu da bildirək ki, DGTYB  bu ilin yayında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı”, eləcə də Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyasında Ədəbiyyat… Ədəbiyyat(ımız)da Türk Dünyası…” layihələrini də həyata keçirib. Artıq başa çatmış bu layihələr çərçivəsində (uyğun olaraq) “NAKAM ŞAİRLƏR” və “TÜRK DÜNYASINDA ƏDƏBİYYAT…” kitabları işıq üzü görüb. “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində isə “ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ QU¬RUMLARI” adlı tanıtım kitabı hazırlanıb.

***

http://kanal13.tv/?direct=news&id=4223

http://www.youtube.com/watch?v=wc_DHmc8NHU

http://yurd.tv/verilishler/senetxeber/20131211022400946.html

http://www.youtube.com/watch?v=tbL9m5d-mWM&list=UU8Xa3RrDiQAyT0EFn4YNiUg

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.