Ürəyində nələr qaldı…
O gülən gözlərində
Saflıq vardı
Sevgi dolu həyat vardı
Mərhəmətli çöhrən ilə
Böyüklərin, kiçiklərin
Sevimlisi olmusan sən
Könüllərdə, ürəklərdə
Arzularda, diləklərdə
Gülümsəyən bəbəklərdə
Məhəbbətlə qalmısan sən
İgidliyin gur sədası
Həqiqətin carçısıtək
Yaddaşlarda qalmısan sən
Belə igid oğul doğan ana
Doğan vətən
Əyilməzdir
Qoy eşitsin bütün dünya
Şəhid olan oğulların xatirəsi
Qəlbimizdə silinməzdir
Ürəyi vətənlə vuran
Onu sevən, həm qoruyan
Hər bir insan
Səni örnək alacaqdır
İgid Polad yadımızda
Gözləri gülümsəyən
Generaltək qalacaqdır!!!
Müəllif: Qobulu Qədirnisə
1958-ci il Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. 1977-ci ildə orta məktəbi bitirərək o vaxtki Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Bir neçə il Qobuda yerləşən 1 saylı orta məktəbdə müəllim işləyib.
Hal-hazırda Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir.