Category Archives: YAZILAR

ŞAHLAR HƏSƏNOĞLUNUN GÖRDÜYÜ TARİXİMİZİN GERÇƏK ÜZÜ…

Vətəndaş olmasa boş şeydir vətən!

Beş günlük, on günlük güney qarıdır.

Vətən məhfumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır!

(Xəlil Rza Ulutürk)

Vətənin həmin vüqarlı oğullarından biri də məhz Şahlar Həsənoğludur. O oğul ki, vətən eşqi qəlbində hər zaman məşəl kimi od tutub yanmış, heç bir zaman sönməmişdir.

Məlumdur ki, bir zamanlar imperialistlərin təsiri ilə tariximizdə üstü basdırılmış, dəyişdirilib yanlış formada öyrədilən bir çox faktlar var. Ancaq Şahlar Həsənoğlu geniş savadı və kəskin zəkası ilə hər zaman tariximizin gerçəkliklərini asanlıqla dərk etmiş və bunu dilə gətirməkdən heç vaxt çəkinməmişdir. O, bu cəsarətli addımları atmağa hələ tələbəlik vaxtlarından başlamışdı.

Mən babamla hər görüşümüzdə tələbəlik çağlarından, tarixdən, elmdən danışardıq. Elə həmin söhbətlərin birində ermənilərin vaxtilə bu torpaqlarda yaşamadıqlarını, buraya sonradan köçürüldüyünü deyirdi. Və hətta bir çox detallarla da bunu əsaslandırırdı.

Belə ki, babam hələ tələbə ikən, universitetin birinci kursunda oxuduğu vaxtlar müəllimi ilə arasındakı dialoqu danışırdı. Deyirdi ki, müəllim mühazirə zamanı müəyyən faktlarla Çar Rusiyasının İrəvan və Qarabağ xanlıqlarında yerləşdirdiyi ermənilərin sayını qeyd edirmiş. Bu zaman babam əl qaldırıb və danışmaq üçün müəllimdən icazə istəyib. O, soruşub: “Bu saydıqlarınız erməni ailələrindən ibarətdir, yoxsa nəfərindən?”. Müəllim ailələri nəzərdə tutduğunu bildirib. Babam yenidən soruşub: “Mən saydıqlarınızı hesablayıram, əgər hər ailə minimum 3 nəfərdən ibarətdirsə, hansı ki, bu rəqəm 4, 5, 6-da ola bilər. Orta hesabla götürsək, belə çıxır ki, Çar Rusiyasının gətirdiyi ermənilər 3 milyona yaxın edir. 200 il keçməsinə baxmayaraq, indiki ermənilər də elə 3 milyona yaxındır. Molla Nəsrəddinin lətifəsi olmasın, əgər bu ermənilər qədim ermənilərdirsə, bəs Çar Rusiyasının köçürdükləri ermənilər hardadır?! Yox, əgər köçürülmə ermənilərdirsə, bəs qədim ermənilər hardadır?! Çar Rusiyasının tarixinə istinadən, onda belə çıxır ki, statistikaya görə, Azərbaycanda daha əvvəllər heç erməni yaşamayıb”.

O dövrdə bunları demək çox riskli hərəkət idi. Babam deyirdi ki, bəlkə də müəllim bir söz deməyəcəkdi, ancaq mən dilimi dinc qoymayıb Molla Nəsrəddindən də misal çəkdim. Babam: “Molla bir gün 3 kilo ət alır, arvadı bu əti qonşularla bölüşür. Axşam Molla gəlir deyir, ət hanı, arvadı deyir ki, pişik yeyib. Molla Nəsrəddin gedib pikiyi tutub gətirib tərəzidə çəkir, pişik düz 3 kilo gəlir. Molla deyir, düzünü de, bax bu pişikdirsə ət hanı?! Yox ətdirsə, pişik hanı?!” – deyə misal çəkib. Bu cür fikirlərin auditoriya qarşısında açıq şəkildə deyilməsindən çəkindiyi üçün müəllim babamı imtahandan kəsir. O vaxt dərslərdən kəsilmək universitetdən qovulmaq demək idi. Elə birinci kəsrdə rəhmətlik Xudu Məmmədov bundan xəbər tutur. Onun köməyi ilə babam universitetdən atılmaqdan canını qutarır. Babam gülərək danışırdı ki, Xudu Məmmədov deyib: “Şahlar, savadlı oğlansan, dediklərində də həqiqət var. Ancaq bildiklərini içində saxla, gələcəkdə lazım olacaq”.

Təbii ki, babamın ermənilərlə bağlı düşüncələri, sadəcə, bununla kifayətlənmirdi. O, həmişə deyirdi ki, düşmənə qalib gəlmək istəyirsənsə, əvvəlcə onun dilini və tarixini bilməlisən. Hər zaman ermənilərin xüsusiyyətlərini, necə bir millət olduqlarını danışardı. Babamın dediyinə görə, ermənilər əvvəllər indiki İsrail, Suriya, Livan torpaqlarında yəhudilərin qulları kimi yaşayırdılar. Yəhudilər erməniləri Bizansa, Hindistana qul kimi satırdılar. Hətta Şimali Qafqaza Bizans vasitəsilə köçürülüblər. Lakin türklər gəldikdən sonra vəziyyət dəyişir. Ermənilər özlərini acındıraraq türklərin onları himayəyə almaqlarına zəmin yaratmışlar. Və hətta türklər erməniləri indiki Azərbaycan və Türkiyə arasındakı ərazilərdə, İranın cənubunda yerləşdiriblər.

Babam deyirdi ki, o dövrdə ermənilər dedikdə, söhbət erməni dövlətindən yox, erməni dini icmasından gedirdi. Ancaq təəssüf ki, tərcümə zamanı yanlış formada – Ermənistan formasında tərcümə olunub.

Babamın danışdığına görə, türklər erməniləri himayə edən zaman yahudi icmasından bir nəfər (adını xatırlamıram) erməniləri yerləşdirən türk sərkərdəsinə deyir ki, ermənilər nankor, kinli və oğru millətdir, onlara güvənməyin. Həqiqətən də belədir. Daha sonrakı tarixə nəzər salsaq, bunun doğruluğunu aydın şəkildə görə bilərik. 1918-ci ildə Azərbaycanda dağ yahudilərinə qarşı törətdikləri toplu soyqırım ermənilərin kinli olduğunu və öz tarixlərini dərindən bilmədiklərini sübut edən faktlardan biridir. Türklərin onları himayə etməsinə baxmayaraq, onlara qarşı etdikləri üsyan, ruslarla birləşərək türk hökumətinə baş qaldırmaqları onların nankor olduğunu göstərir.

Babam deyirdi ki, bu faktlar onların kinli və nankor millət olduqlarını sübut edir. Bəs oğru olduqlarını necə izah etmək olar? Düzdür, ermənilər bizim tariximizi, musiqilərimizi, torpaqlarımızı oğurlayıblar, işğal ediblər. Lakin onlarda heç kimin edə bilmədiyi bir şey var, o da gen oğurluğudur. Babama görə, digər millətlərdən olan qadınlarla evlənmək erməni qadını ilə evlənmək qədər təhlükəli deyil. Çünki ermənilər özlərinə çox yaxşı bələddirlər. Buna görə öz genlərini yeniləmək üçün erməni qadınları başqa köklü millətlərdən olan kişilərlə evlənir, daha sonra onlardan olan uşaqlarını atalarına qarşı nifrətlə böyüdürlər. Artıq o uşaqlar böyüdükdə özlərini türk, ingilis, fransız və s. kimi deyil, erməni kimi görürlər. Və gedib yenidən erməni millətindən olanlarla evlənirlər. Beləliklə də onlar başqa genləri oğurlayaraq öz genlərini saflaşdırırlar.

Babam mənə bütün bunları danışdıqca, onun savadına heyran olurdum. Anlayırdım ki, Şahlar Həsənoğlu sıradan bir insan deyil. O, heç kimin görə bilmədiklərini görüb, hətta gördüklərini heç kimin bilmədiyi faktlarla izah edib.

Mən qürur duyuram ki, Şahlar Həsənoğlu kimi bir insanın qanını, genini daşıyıram. Allah sənə rəhmət eləsin, Qarabağ həsrətli babam! Ruhun şad olsun!

Hunel Aydan Əhmədqızı

Oxunma sayı: 20

Yaşıl ağac idim…Necə darıxdım.. -Şeirlər

Şavkat Rahman

İtiraf

Rübabi şeir yazsam…
qayıtsam bir nəfəs…
həmişə müsəffa çeşməni görsəm,
qaranlıq zirvələrin qarına baxıb,
bir nəfəs xəyallı uşağa dönsəm.
Vay, o həmin anlar…
ötdümü tamam
bənövşə ətirli nadir duyğular.
səhərlər bağları oyadan bülbül,
ayın işığını ələyən sular.
Yaşıl ağac idim…
Necə darıxdım…
gözümü doldursa rubabi rənglər.
Hansi dünya üçün bunca üzüldüm,
ürəyimi yordu həmin döyüşlər.
Döyüşçü deyildim,
şair idim mən,
nəhayət şairə görə zabitəm,
həmişə müsəlman millətim dedim.
nəfs üçün yananlar gəldi aqibət.
Haramı xoş görən mələksifətlər,
bir azca himmətin etdikdə minnət,
yapraqtək saraldım böyük vuruşda
müsəlman yox idi
yox idi millət.
Quşlar da ötürlər,
yarpaqları bol
yaşıl ağac kimi dursam hər səhər,
mənim ilhamımdan danışsın onlar,
zəhərli dilimdən tökülsün şəkər.
Rübabi küləklər ruhumdan keçin,
yenidən oyansın ilahi tüğyan.
Çılpaq budaqlarım qılınctək kəskin,
yarpaq da qalmayıbdır pıçıldayan.

Əgər…

Böhtandan yıxılsa
əgər bir dostum
Mən isə kənarda gizlənib, yatsam.
Hələ bu yetməyib bir müddət sonra
paklıqdan danışıb,
xatirə satsam.
Yox, olmaz
yaşardım başımı əyib,
gəzərdim ölüncə ölkələr aşıb.
Kimsənin gözünə dik baxammasam
sinəmdən asılı olardı başım.
Yox, yox, yox…
Əlbəttə birgə olardım
Zəbani işini icra edincə
Dostumla yanbayan durub ölərdim,
ehtimal, ölərdim ondan da öncə.

Bəxt sözü

Bir kəlmə «xoşbəxtəm» sözün deməkçün
Ümmantək dəyanət, səbr, güc lazım.
Gərçi ən şirini bəxt sözlərinin
Dursa da dilinin ucunda hazır.
Heç ağır gəlməzmi
bu söz kimsəyə?
Kimsənin olmazmı səbəb ahına?
Necə dözəcəyəm ömür boyunca
Bədbəxt adamların o nigahına?
Əvvəlcə bu sözü özgələr desin,
Desinlər gözləri sevinclə dolub.
Millətin bəxtinə ömrün həsr edən
Şairlər deməsin birinci olub.
Demədən yaşadım bu sözü, bəzən
Sevincdən vurnuxub mən ora-bura.
Qəm sözün elimdən qabaq demişəm
Bəxt sözün deyəcəm
elimdən sonra.

Uyğunlaşdıran: Rəhmət Babacan

Oxunma sayı: 122

“Acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər”-Prezident

“Ermənistanın Baş naziri, rəsmi şəxslərinin yeni iddialarla çıxışları ATƏT MQ həmsədrlərini də çıxılmaz vəziyyətə saldı, onlar nə edəcəyini bilmirdilər, lakin yenə də sükut saxladılar”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı forum iştirakçılarına çatdırıb.

 

Ölkə başçısı çıxışı zamanı müharibəyə qədər Azərbaycanın mövqeyini və erməni tərəfinin illər uzunu apardığı işğalçılıq siyasətindən dönmədiyini bir daha bildirib. Konkret faktlarla göstərib ki, Ermənistan rəhbərliyi sülh danışıqlarında mövqesizlik nümayiş etdirib: “Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoyuldu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı cədvəl versin, lakin 44 günlük müharibə, 7 min əsgərin ölümü və acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər”.

 

İntiqam Yaşar

Dünya Gənc TÜrk Yazarlar Birliyinin başqanı

Oxunma sayı: 250

Yeni nəfəs: Ayşən Rəhimin şeirləri

Ayşən Rəhim

 

***
Keçmişin rəflərində itib-batmış xatirələr
Unutmaq zəncirini qırıb
Yapışır darıxmağın yaxasından..

Axı unutmaqla bağlı bildiyim yeganə iş unuda bilməmək olur
Və vəhşi vüsalın əlləri
ayrılığın ayaqlarını qapır..

Tale xətləri ovucumun qırışlarına hopur
Və qopur ömrümün əqrəbləri saatdan
Əskilir təqvimlər.
Dəhlizin divarlarında son ümid rəqsilə
Tənhalaşır kölgələr.

İndi bu qurumuş cümlələr
Vergüllərə dönən nöqtələrlərlə
Epiloqda bitəcək
Sonuncu səhifədə son sətrinlə..

Neçə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar.
Neçə ip utandı
zaman asarkən
Arzuları boğazından..

Kitabarası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi
Gözəldir təkliyim.
Ehtişam,
İki şam,
Dörd divar ,
Boş otaq fəlsəfəsi
və köhnə grammafonda retro..
Təbəssüm gizlənən dolu qədəh
və Freda kahlo:
“İçimdə qırx qadın
Qırxı da özgə
Qırxı da digəri”

Bir gün mən gedəcəyəm

Bir gün mən gedəcəyəm…
Nəhayət büküləcək günəşin biləyi
Son dəfə izləyəcək dözülməz zaman qürubu
addım-addım
Sonsuzluğa uzanan yolumu
Sovuracaq yoxluğun küləyi …

Bir gün mən öləcəyəm…
Söküləcək ulduzlar bir -bir
Gecə libasından
Və utanmadan soyunacaq gecə
kainatın qarşısında..
Uçacaq bütləri məbədlərin
Tapdanacaq bütün müqəddəslər..
Qırılacaq qapısı arzuların
Dualar yağacaq göyüzündən
Geyinəcək ovuclarımı əbədi…

Bu gün mən öləcəyəm..
Sükut asılır,
Lal olmuş yalnızlığımdan.
Eşidilir indi ölümün səsi uzaqdan
Həyatım öləziyir.
Gecikən yoxluğa qaçır ayaqlarım
Avazıyır ümidlərin rəngi
Qarışır heçliyin əlamətinə:
Qara qaranlığa..

İndi mən öləcəyəm…
yüküylə birgə arxamca gəlir
Dünənlərə yığılan bütün keçmişlər…
Toxunulmamış bir gələcək boğuldu
Bilinməyən sularda..

Və bir həqiqətin parçası olmaq arzusu
Doğuldu ..
Ölürəm…
Zaman keçərkən üstümdən
Neçə həyat bitəcək mənimlə?
Kimisi unudacaq keçmişin rəflərində
Tozlu məzhərin səhifələrindən.
Kimisə miras buraxdığım xatirələrdən
Yapışacaq..
bir gün heçnə qalmayacaq məndən geriyə..
Bircə
Qibləsiz müqəddəslərin qarğışı,
Simasız başdaşı,
Və gözyaşı..
Ölürəm…
Səsim asılacaq qulaqlarından
Neçə öpülməmiş sözlərim düşəcək
Dodaqlarından…

 

 

* * *

Keçmişin şüşə qırıqları
kəsir bugünün ayaqlarını.
Bütün tör-töküntü ümidlər
sənin bircə əlvidanın əlində öldü…
Elə bil içi boş buludlar asıldı divardan.
Əlim çatmır gülüşlərə,
hərşey əskikdir, elə sən də…
xatirədir dodaq izlərin qalan
fincan,
saçın ilişən daraq.

xatirədir əllərinin ikiyə böldüyü elə mən də..
Sənin ağız dolusu “yanındayam”dan
Geriyə bir küçə dolusu yalnızlıq qaldı…
Yalnızlıq… gözlərin islatdığı yastıqlarda
Hıçqırıq dadıdır
və yalnızlıq hər gözlənilənin adıdır.

Bil ki, keçmir gözlərimdən itirməklər.
Bir qadının unudulmuş yalnızlığısan
sənin ən sevdiyin köynəyimdə
ilişib qalıb təklik.
sənsiz kiçik bir vidaya sığışıram,
eşitdiyim sonuncu ayaq səsindən sonra…
Kimisə
pəncərə kənarında qurudacaq qədər sevmək,
Özünü unudacaq qədər ölmək imiş…

Oxunma sayı: 296