Category Archives: TÜRK DÜNYASI

İntiqam Yaşarın Özbəkistanın yaradıcılıq məktəbi kollektivi ilə onlayn görüşü təşkil olunub

 

21.01.2021-ci Bakı vaxtı ilə saat 14:00-da Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı  Erkin Vahidovun adını daşıyan  Yaradıcılıq Məktəbi kollektivinin təşkilatçılığı ilə  Dünya Gənc  Türk Yazarlar Birliyinin başqanı  İntiqam Yaşarla  onlayn görüş təşkil olunub.

 

Tədbirdə  Yaradıcılıq Məktəbinin 6, 7, 8 və 9-cu sinif şagirdləri iştirak edibilər. Ədəbi   tədbirə Erkin Vahidov adına Yaradıcılıq Məktəbinin Mənəviyyat üzrə direktor müavini, şair Məhəmmədəmin (Tursunəli) Nurmatov  moderatorluq edib.  Tərcüməçi, şair və “Cəsur oğlan” Dövlət Mükafatı laureatı, Azərbaycan və Özbəkistan ədəbi əlaqələrində çevirmələri ilə uğurlu fəaliyyəti olan Rahmat Babacan da tədbirdə  iştirak edib, müəllifdən özünün çevirmiş olduğu bir neçə şeiri səsləndirib. İntiqam Yaşarın şeirlərinin onda böyük təəssürat yaratdığını dilə gətirib. Tədbirdə İntiqam Yaşar  iştirakçılar üçün şeirlər diqqətinə oxuyub. Erkin Vahidov adına yaradıcılıq məktəbinin şagirdlərinin İntiqam Yaşarın şeirlərini öz ifasında dinləməklə yanaşı , müəllifin yaradıcılığından əzbərlədikləri şeirləri də böyük həvəslə səsləndiriblər.

Bundan başqa, 6-cı sinif şagirdləri Sərvinaz Mahmudova, Müslimə Kamalidinova, Bibixocar Abduqəniyeva, 7-ci sinif şagirdləri Səidxan Bahadırov, Kamalaxan Marupova, Bəhruz Möminov, 8-ci sinif şagirdləri Nigina Ergəşova, Nurulla Amanov, 9-cu sinif şagirdləri Avazbəy Əhmədcanov, Nilufər Ergəşova, Hacıəkbər Ziynatsev  və başqalarının iştirakı ilə ədəbiyyat nümayəndələri arasındakı yaxın dostluğu daha da möhkəmləndirən ədəbi görüş şeirlə yanaşı, sual-cavablarla da zəngin olub. Onlayn yaradıcılıq görüşü yüksək əhval-ruhiyyə və səmimiyyətlə yekunlaşıb.

Qeyd edək ki, Erkin Vahidov adına Yaradıcılıq Məktəbi 2018-ci ildə yaradılıb. Bu məktəb Özbəkistanın Xalq Şairi, Özbəkistanın Qəhrəmanı Erkin Vahidovun adını əbədiləşdirmək üçün yaradılıb. Burada yaradıcı gənclər təhsil alır. Bu gün məktəbdə 135 yaradıcı gənc var. Şagirdlər üçün Erkin Vahidov adına təqaüd təsis edilib.

Oxunma sayı: 375

Saxa (Yakutiya) İl Tüməninin üzvü Bakıda təltif edildi

Alish Memmed- Saxa

Bugünlərdə Saxa (Yakutiya) Respublikasının Fəxri vətəndaşı, Saxa (Yakutiya) Dövlət Məclisinin (İl Tüməninin) deputatı, soydaşımız Əliş Məmmədova Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) yeni təsis olunmuş medalı təqdim olunub.
AVMVB sədri Füzuli Rzaquliyev çıxış edərək, təqdimatda Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin məsləhətçisi Rasim Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu, Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı və AVMVB seçkili orqanları üzvlərinin iştirak etdiyini bildirib.

Oxunma sayı: 1595

Türk poeziyasının yakut-saxaca döyünən ürəyi…

Nizami CƏFƏROV, Akademik, Millət vəkili

Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə Saxa-Yakutiyadan Bakıya çox mötəbər bir xanım təşrif buyurdu. Onun oturuşu-duruşu, danışığı, hər cəhətdən, doğrudan da, xanıməfəndi olduğunu göstərirdi. Və dərhal nəzərə çarpırdı ki, bir neçə min illik zəngin türk mədəniyyəti qaynaqlarının gözündən su içib.N.Xarlamp_ Bichik

Oxunma sayı: 2296

“Yazıram ki, unutmayım kim olduğumu!”

ADİLƏ NƏZƏR,
filologiya üzrə fəlsəfə doktoru

Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşri olan “MƏNİM RƏFİQİM APREL” adlı şeirlər toplusu ilə tanış oldum. Bu, şairin öz duyğular toplusu olmaqla yanaşı, onun dünyagörüşü və yazıldığı dövrün sosial, mədəni və siyasi yaşamı haqqında bir bilgi kitabçasıdır. – Daha dəqiq desək, şairlər – dövrünün nəbzi, şeirlər isə güzgüsüdür. Elə buna görə də, “ədəbiyyat ən doğru tarixdir” deyirlər.
Əgər şeirləri bir içim suya bənzətsək, o zaman kitab su içdiyimiz qabdır… Suyu içdikdən sonra qabını qırmadığımız kimi, şeirləri oxuyandan sonra da kitabın dəyərini vermək gərəkdir. Natalya xanım Xarlampyevanın “Mənim rəfiqim aprel” adlı şeirlər toplusunu oxuduqca şairin könül bağçasına ən gözəl duyğu ortağı oldum.

Oxunma sayı: 1880