Ana səhifə YENİLİKLƏR Zirvə Tədris Mərkəzindən mükəmməl dərs vəsaiti-FOTOLAR

Zirvə Tədris Mərkəzindən mükəmməl dərs vəsaiti-FOTOLAR

Müəllif: Bizim Yazı
1. 519 baxış

Zirvə Tədris Mərkəzinin Ədəbiyyat fənni üzrə dərs vəsaiti  yeniliklər, əlavə və düzlişlərlə yenidən çap olunub.

Tədris mərkəzindən Bizimyazi.az-a verilən xəbərə görə,  kitab Bakıda və regionlarda fəaliyyət göstərən kitab mağazalarında satışda olacaq.  Bütün yeniliklərin daxil edildiyi, ən son düzəlişlərlə birlikdə, 5-11  ədəbiyyat proqramını tam əhatə edən, abituriyentlər, müəllimlərin işə qəbuluna və sertifikasiyasına hazırlaşanlar üçün ən sadə, sistemli, eyni zamanda hər incəliyə toxunulmuş  Ədəbiyyat vəsaiti yeni dizaynı ilə də fərqlənir.

Ədəbiyyat dərsliyinin içəriyini təşkil edən əsas nüanslar aşağıdakılardan ibarətdir:

  1. Əsərlərin mövzu, ideya və orada qaldırılan problemi cədvəl şəklində verilmişdir.
  2. Hər bir obraz ayrı-ayrı cədvəl şəklində təhlil edilmiş, ona məxsus olan xarakterik xüsusiyyətlər qeyd edilmişdir.
  3. Əsərlər bir-birilə müqayisə edilmişdir.
  4. Ədəbiyyat nəzəriyyəsi ən sadə dildə, bol nümunələrlə izah edilmişdir.
  5. Dövrün səciyyəvi xüsusiyyətlərini əks etdirən hər bir icmal mövzuda həmin dövrə məxsus olan , eləcə də sənətkarlarımızın yaradıcılığına aid olan ilk ədəbi nümunələr cədvəl şəklində təqdim edilmişdir.
  6. Bəzi mənzum hekayə və təmsillələrin daha yaxşı mənimsənilməsi üçün mənsur hekayə şəklində də təqdim edilmişdir.
  7. Orta məktəb dərsliyində verilən əsərlər olduğu kimi təqdim edilmiş, heç bir dram əsəri hekayə şəklində verilməmişdir ki, şagirdlər əməl, xarakter və nitqə aid olan testləri düzgün tətbiq edə bilsinlər.
  8. Hər bir əsərin təhlili təqdim edilmiş, şeirlərdə ifadə olunan fikirlər cədvəl şəklində təqdim edilmişdir.
  9. Proqrama daxil edilmiş yeni və tam şəkildə öyrənilməsi tələb olunan əsərlər də kitaba daxil edilmişdir.
  10. Kitabın sonunda eləcə də xronologiya, ilk ədəbi nümunələr, bəhrləri eyni olan əsərlər, eyni ildə yazılmış əsərlər və s. sistem şəklində qeyd edilmişdir.

Kitab əldə etmək istəyən hər bir kəs şəhərin istənilən kitab mağazasından ala və ya sifariş edə bilər.

Əlaqə nömrəsi – 0517841212- Əlaçı kitab evi

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.