Ana səhifə BAŞ YAZI Zakir Sadatlı “İRAQ OLSUN” dedi…

Zakir Sadatlı “İRAQ OLSUN” dedi…

Müəllif: Bizim Yazı
62 baxış

Tanınmış yazıçı-publisist Zakir Sadatlının yeni sənədli povesti işıq üzü görüb

“Qanun” Nəşrlər Evində nəfis tərtibatla çıxan və “İraq olsun” adlanan povest yazarın telejurnalist kimi İraqa səfərinin gerçək motivləri əsasında yazılıb. Povest boyu bu günlər, tarixən üzləşdiyi növbəti ağır zamanlını yaşayan İraqın keçmişindən bu gününəcən olan mövcudluğuna yazıçı-jurnalist baxışı sərgilənir, olaylar bəzən bədii, bəzən fəlsəfi, bəzən isə sırf stinger yanaşması ilə oxucuya çatdırılır. Povestdə Kərkük qırmızı xətlə keçir, kərküklülərin Azərbaycan sevgisi inandırıcı, tam gerçəkçi kəlmələr ilə təsvir edilir. Məhəmməd Füzulinin məzarı, onun nəslindən olanlarla bağlı yeni informasiya isə yazar müdaxiləsinə yol vermədən İraqa, onun Səddam rejiminə yeni baxışı ortaya qoyur, bizə indiyə qədər bilmədiyimizi danışır.

Səfər boyu yazarın və yol yoldaşlarının başına gələn qorxulu əhvalatlar isə macəra romanlarını xatırladır. Qorxulu, “sonunda qan görünən” situasiyaya düşən müəllifin keçmiş “əfqan” olduğunu düşündükdə indicə onun “kalaşnikov”u qapıb atəş açacağını gözləyirsən. O isə həmişə olduğu kimi yazıçı olaraq qalır…

Müəllifin kitaba daxil etdiyi “Salam Baça” hekayəsi isə Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 2008-ci ildə 24 türksoylu ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilsə də, Azərbaycanda ilk dəfədir ki, oxuculara təqdim edilir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.