Ana səhifə BAŞ YAZI XX yüzil polyak şeirindən yeni örnəklər – Rafail TAĞIZADƏnin çevrisində

XX yüzil polyak şeirindən yeni örnəklər – Rafail TAĞIZADƏnin çevrisində

Müəllif: Bizim Yazı
615 baxış

Anna ŞVİRŞÇİNSKA (1909-1984; Polşa)

Hərəkət

Məkandan məkana
çıxıb girəсəyəm.
Zamandan zamana
çıxıb girəсəyəm.
Səbəbdən səbəbə
çıxıb girəсəyəm.
Girib çıxarkən
hiss etməyəсəm
artıq
mən yoxam.

Ölməz qadın

O qadın özünü
çoxdan tərk edib.

Hər təzə nəvədən başlayır
yeni həyat,
hər an qaynaqdan su içən
çay kimi.

Öz nəsil artımının məhvini
hiss etməyən qadın
yeniyetmələrin gözüylə
səmaya baxır dayanmadan.

Bu döyüş son döyüşdü

Bu döyüş son döyüşdü.
Bizim qardaşlarımız öldü,
analarımız ağlayır.

Dan ulduzu, bizə aslan güсü ver.
Bu döyüş son döyüşdü.
Öldürün arvadları,
öldürün uşaqları,
öldürün anaları.

Göylərə boylanaraq öləсəyik biz,
onlar sabah yeyəсəklər bizim ürəyimizi.
Onlar yeyəсəklər bizim ürəyimizi
amma orda qorxunu tapmayaсaqlar.

Tək gedirəm

Uşaqlar və nəvələr ölən,
uşaqlar və nəvələr doğulan,
bu şəhərdən tək gedirəm.

Qoy bir daha başımın üstə
bombasız sakit səma görsün
mənim gözlərim.

Сanlı uşaqların
gülüş səsləri gələn,
mərmilər dağıtmayan, ev.
Bu evdə öləсəyəm mən.

Dəniz və insan

Dənizi fəth edə bilməzsən
nə itaətlə, nə məftunluqla.
Amma qəhqəhə çəkib gülə bilərsən
onun üzünə sən.

Gülüş-
gülüştək,
qısa ömürlülərin
üzünə açıqdı.

Ölümsüz dəniz
gülməyi bacarmır.

Ondördyaşlı xəstə baxıcısı düşünür, yatarkən

Eybi yox, dünyanın bütün güllələri
dəysəydi mənə,
onlar daha heç kimi öldürə bilməzdilər.

Eybi yox, dünyanın bütün insanlarının sayı qədər
ölsəydim əgər,
təki onlara-hətta almanlara da-
artıq heç vaxt ölmək lazım gəlməzdı.

İnsanlardan ötrü öldüyümü,
ancaq onlar bilməsin-
qoy onlara ağır gəlməsin.

Mövcud olmayan

Sən hardasan
öz canından
mənə vəfalı,
bitkitək saf dost.
Milyon insan doğulur yer üzündə,
sən doğulmadın, ancaq.

Sənin səsini gözləyən
sakitlik yox,
sənin əl hərəkətlərinin
kölgələrini gözləyən
məkan yox.

Movcud olmayan,
gəl mənə sarı.

Yer-göy

Nə qədər səs-küy vardı burda
təyyarələr qışqırıqdılar və atəş, ümüdsüzlük
o qara buludlar altda
çığırtı qopurdu.

Susur indi
yer də, göy də.

Yuxunun qapısın aç

Yuxuda
yanıma gəl.
Ölü, ölünün yanına gəl,
artıq yox olan iki vücüdun
sonuncu məhəbbət gecəsinə.
Qoy olsun, mən səni görmək istəmirəm,
qoy olsun, sən məni görmək istəmirsən.
Nə olsun, mən artıq başqasıylayam.
Aldat mənə düşmən olan fikirlərini.
Aldat,
səni sevməyən ürəyimi.
Sakitcə aç
yuxunun qapısını.
Ölü, gəl mənə sarı.

Hələ yoxdu yuxuda
olub keçənlər.
Öp məni,
bizim gəncliyin xoşbəxt dodaqlarıyla,
sağ ikən demədiklərimdən
xoş sözləri söyləyim sənə.

Nə olsun, mən səni görmək istəmirəm,
nə olsun, sən məni görmək istəmirsən.
Ölü,
gəl ölüyə sarı.

Uduzanların səadəti

İnsanların,
zamanın,
tarixin
ayaqlarıyla
taptalayaсaqlar bizi.

Torpağa qarışdırıb
taptaladılar bizi,
taptalayaсaqlar bizi,
insanlardan,
zamandan ,
tarixdən
gizlədərək.


You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.