Ana səhifə BAŞ YAZI Xarı-bülbül özləmi…

Xarı-bülbül özləmi…

Müəllif: Bizim Yazı
1. 020 baxış

R SabirRəsmiyyə SABİR

OSMAN BAŞ

bu ad Azərbaycan oxucusuna yaxşı tanışdır. Azərbaycan oxucusu onu ilk olaraq Bakıda “Vektor” Nəşriyyatında yayımlanan “Firuzan” şeirlər kitabı ilə tanıdılar. Baxmayaraq ki, buna qədər yazarın Türkiyədə bir neçə kitabı dərc olunmuşdu. “Firuzan”nın arxasınca 2005-ci ildə “Nicesen Yahşımısan” kitabı yenə də “Vektor” nəşriyyatı vasitəsilə Azərbaycanlı oxucuların müzakirəsinə verildi. İllər öncə də mən Osman Başın “Nicesen Yahşımısan” kitabına bir dost yazısı həsr ertmişdim. Bu dəfə isə dəyərli dostlarım vasitəsilə mənə çatdırılan “Har-ı bülbül”dən söz açmaq istəyirəm. Ankarada ikinci basqısı yapılan “Har-ı bülbül”ü bir daha yenidən oxudum. Oxuduqca gah sevindim, gah da kövrəldim. Osman Baş “Kitab – Türk Dünyası biliminin, kültürünün və ədəbiyyatının dünya təmsililərindən biri olan prof. dr. Elçin İsgəndərzadəyə ithaf olunmşdur”-yazır. Odur ki, kitabın “Har-ı bülbül” adlandırılması da təsadüfi deyil. Bu gün öz Vətənində qaçqın olan Xarı-bülbülün adının kitaba verilməsi Azərbaycan sevdalısı olan Osman Baş tərəfindən nə qədər düşüncəli bir addımdır.
“Har-ı bülbül” kitabı çox sevdiyim dostum, Azərbaycanın əməkdar artisti, səsiylə Xəzəri, Qara dənizi çırpındıran, Türk Dünyasının sevimli sənətçisi Azərinin Osman Başın yaradıcılığı haqqında xoş sözləriylə başlayır. Azərin xanım “türklük için, insanlık için dövünən yüreğine sağlık” söyləyir. Daha sonra Hayrettin İvgin hocamızın kitab haqqında xoş sözləri yer alır.
Bir neçə söz də Osman Başın özünə aiddir: “Azərbaycanda yaşanmışların geridə bıraktıkları və öndən göndərdikləri səbəbiylə, kitabın adı “Har-ı Bülbül” olarak konmuştur”- söyləyir Osman Baş.
Kitabı vərəqlədikcə şairin iç dünyası ilə baş-başa qalırıq:

Çiçekler yok edildi sahillerde,
Işıklar söndü, akşamdan sabaha
Görev yıldızlara düşdü.

və ya

Gül bahçesinde dikenler yolsunlar,
Sevda yollarında bir qarip
Kırklansın, yedilerin yetim hakkıyla
Aynalar pas vermesin aynasızlara
Şimdi, yoksul şafağa bir top çiçek
Sitem ediyorum gün ortasına.

Mənim tanıdığım Osma abi “bozkırların yalnız adamı”dır. 2004-cü ildə Ankarada “Füzuli” şeir yarışmasından sonra onunla Qırğızıstan Yazarlar Birliyi başkanı Nadırbek Alımbekov üçün “mütərcimlik” edərkən “məni bozkırın yalnız adamı kimi təqdim et, kardeşim” söyləmişdi. “Bozkırın alevleri” hələ də şairi yandırmaqdadır:

Yorgunum…
Samanyoluna akamıyorum artık,
Şimdilerde aşkımı yıldızlara anlattım,
Papatya topladım günlerce bozkırda,
Umut belli belirsiz uzaklara,
Buğday tenliyi şehirde bıraktım.

Osman Baş bir sıra gələnəksəl mövzulara özünəözgü formada yanaşmağı bacarır. Onun anasına həsr etdiyi şeirdə anasızlığın yaratdığı boşluq gözlərimiz önündə canlanır:

Şimdi kokusuna hasret,
Yüreğim damla damla,
Onunla dolsun istiyorum.
Bazen tatlı bir kucak,
Yavrum diyen bir dil,
Nemli gözlerimle,
Onu arıyorum.
Ağlamak istiyorum.

Kitabda bir sıra şeirlər vardır ki, hər misrasından Azərbaycan sevdası boy verir:

Gün karla başlarken
Caddeler sulara teslim,
Bulurtlar toprakla vuslatta…
Sahil alabildiğine serin
Her şey vakti tutmaya mecbur.
Yaşamaya, solumaya,
dokunmaya mecbur…
Ben odamda dinlenmeye,
Ben pencereden bakmaya
Ben Hazara akmaya mecbur
Kar Baküye…

Osman Başın Azərin xanıma həsr etdiyi “Kardeş bayraklara rüzgar oluyorum…” şeiri ruhumuzu oxşayır:

Bir akşam Baküde Hazarın kıyısında,
Dalqa dalqa efkar dağıtıyorum.
Türkçe şiirlerle yürürken asra,
Kardeş bayraklara rüzgar oluyorum.

Xəzər Osman Başın şeirlerində qırmızı xətt olaraq keçir. “Azərbaycan yüreğimde bir şah damardır” deyən ustad şair Yavuz Bülent Bakilere və Elçin İsgəndərzadəyə həsr olunan “Xarı bülbül” şeirində yenə də Xəzərin dalğaları boy verir:

Ey yüreğimin dalgaları!
Kafdağınca sevdalarım
Hasrete vurqun Hazarım…
Bilirim tanırsın beni.
Balıklar, martılar kadar
Yakınım sana;
Dağlar kadar, ufuklar kadar
Har-ı bülbül kadar uzağım…
Çıdır düzünü, bir Hazar bilir,
Bir de yüreği Hazar olanlar.
Çıdır düzünde bir gül esir,
Dualar toprak olmuş, tekbir, tekbir…

Əziz dostumuz, abimiz Osman Başın “Har-ı bülbül” kitabı həsr etdiyi, yaxın dostu prof. dr. Elçin İsgəndərzadə”nin Osman Baş haqqında yazısıyla bitir.
“Sən Xarı Bülbülü erməni işğalçılarından azad edəcək ilk türk əsgərinin adını ürəyinin qızıl qanıyla bu kitabın hər misrasına böyük hərflərlə yazmısan. Bu ad sənin adındır, Əziz Osman! Bu ad bütün ömrünü qardaş bayraqlara rüzgar olmaq təşnəsiylə yaşamış, yorulmaz və əbədi Turan sevdalısı Osma Başın adıdır” yazır Elçin İsgəndarzadə.
“Şimdi, Cıdır ovasında “Har-ı bülbül” bizi beklemekdedir” söyləyir Osman Baş. Doğrudur, abi!İllər öncə “Bağışlama bizi, Vətən!” şeirimdə yazmışdım:

Sənin ayağına biz gəlməyincə,
Bağışlama bizi, Vətən!
Şuşa, Cıdır düzü, Xarı bülbül bizi gözləyir.

Şuşada, Cıdır düzündə Xarı bülbülü ovutmaq diləyi ilə..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.