Ana səhifə BAŞ YAZI Ünlü qazax şairi Muxtar Şahanovun başqanlığında yeni Birlik yarandı

Ünlü qazax şairi Muxtar Şahanovun başqanlığında yeni Birlik yarandı

Müəllif: Bizim Yazı
130 baxış

“DÜNYA TÜRK AYDINLARI” BİRLİYİ QURULUB

20 yanvar tarixində Türkiyənin Ankara şəhərində uluslararası önəm daşıyan tədbir keçirilib. Türk Dünyası Mədəniyyət-Sənət Dərnəyinin başqanlığında bugünkü Türk Dünyasının elmi, mədəni və milli problemlərini müzakirə etmək, çıxış yollarını ortaya qoymaq üçün bir araya gələn mədəniyyət, sənət və elm adamları bu günkü Rusiya Federasiyası, Çin və digər ölkələrin sınırları içində yaşamaqda olan Türk xalqlarına tətbiq olunan təzyiqçi siyasətin demokratiya və insan hüquqları bəyannamələri və sanksiyalarına tamamən zidd olduğunu bir daha vurğulayıblar.

Bu durumun sonuəcudur, bir çox türksoylu xalqların dili, mədəniyyəti və milli kimliyi yox olma təhlükəsiylə qarşı-qarşıyadır.
Diqqətlər bir çox Asiya və Avropa ölkələrindəki türk varlığının yaşamaqda olduğu üzüntülərin yalnız Türk Dünyasını ilə sınırlı qalmayıb, əslində bir insanlıq faciəsi olduğuna çəkildi. Buna görə çözüm yollarından biri olaraq haqqında danışılan faciəni önləmək məqsədi ilə Türk Dünyası aydınlarından oluşan bir düşüncə platformasının yaradılmasına qərar verilib. Qısa adı DUTAB olan Dünya Türk Aydınları Birliyi yazar və şairləri, sənət, elm və siyasət uzmanlarını bir təşkilatda toplamağı hədfləyib.
Dünya türklüyü dəyərlərinə xidmət etməkdə olan digər qurum və təşkilatları kimi türklüyün bir vicdan səsi olma missiyasını boynuna götürməyə namizəd olan Dünya Türk Aydınları Birliyi bir bütün olaraq Dünya türklüyünə qarşı həyata keçirilən müxtəlif soyqırımları, mədəniyyət və elm sahəsindəki çatışmazlıqları, ekologiya və səhiyyə sahəsindəki ehtiyacları gündəmə gətirməyi planlaşdırır.
Uluslararası səviyyəli qeyri-hökumət platforması olması və boynuna götürəcəyi missiyanın önəmi baxımından, ünlü Qazax şairi və Qazax Milli Keneşi/Gənəşi/nin lideri Muxtar Şahanov yekdilliklə DUTAB başqanı seçilib. Ayrıca, DUTAB Mərkəzi Ofisinin Qazaxıstanın Almatı şəhərində, Baş Katibliyin isə Ankarada yerləşməsinə, mətbuat orqanı olaraq “Qorqud Ata” adında bir qəzetin nəşr olunmasına dair qərar qəbul edilib.
Eldəniz ABBASLI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.