Ana səhifə YENİLİKLƏR Uluslararası Kitab Sərgi-Yarmarkası

Uluslararası Kitab Sərgi-Yarmarkası

Müəllif: Bizim Yazı
824 baxış

(Bizimyazi.com Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytına istinadən bildirir:) 2011-ci ilin sentyabr ayının 28-30 tarixində II Bakı Uluslararası Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınaraq sərgi-yarmarka bu əlamətdar tarixi hadisəyə həsr olunur.Sərgi-yarmarkada iştirak edəcək qurumlar üçün stend sahəsi və uyğun avadanlıqlar pulsuz olaraq veriləcəkdir.
Qatılımçılar sərgi-yarmarkada 2008-2011-ci illərdə öz qurumları tərəfindən buraxılmış nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən, Mədəniyyət və Turizm Nazirliyinin saytından (www.mct.gov.az) əldə etmək olar.
Qatılım haqqında ərizələrin təqdimi üçün son gün 15 sentyabr 2011-ci il tarixidir.  (Ünvan: AZ1000, Bakı ş., Ü.Hacıbəyov küç. 40, Hökumət Evi, 3-cü mərtəbə. Tel: 493-06-80. Faks: 493-56-05,. e-mail: [email protected])

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.