Ana səhifə YENİLİKLƏR Türkiyəli bəstəçi Azərbaycanlı gənc şairin şeirinə musiqi bəstələyib

Türkiyəli bəstəçi Azərbaycanlı gənc şairin şeirinə musiqi bəstələyib

Müəllif: Bizim Yazı
137 baxış

Gənc şair Qurbanəli Ömər Türkiyənin ünlü sənətçiləri Vəsilə Ərdoğan və Bahar Gökhanla ortaq projelərə başladı

“Gənclərin Söz Birliyi” İB-dən verilən bilgiyə görə, qardaş ölkə bəstəçisi Vəsilə Ərdoğanın Qurbanəli Ömərin şeirlərinə yazdığı mahnıları türk sənət musiqisinin yetənəkli ifaçısı Bahar Gökhan oxuyacaq.
“Hələlik Vəsilə xanımın şairin “Unut Diyorsun” şeirinə bəslədiyi musiqi üzərində aranjıman işləri gedir. Mahnı ilk dəfə Bahar Gökhanın 28 fevral İstanbul konsertində dinləyicilərin ixtiyarına veriləcək. Düşünürük ki, “Unut diyorsun” gələcəkdə bərabər həyata keçirəcəyimiz layihələr üçün bir növ təməl daşı olacaq. Əlbəttə, amacımız Türkiyə-Kıprıs-Azərbaycan mədəni ilişkilərinin qalxınmasına yardım göstərməkdir.”
Xatırladaq ki, Vəsilə Ərdoğan və Bahar Gökhan ikilisi indiyədək nəinki Türkiyə və Kıprısda, eləcə də Avropanın bir çox ölkələrində birgə projelər həyata keçiriblər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.